Aqrar sektorun yeni inkişaf prioritetləri
27.05.2026 [10:52]
Kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı qəbul edilib
Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Proqram 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Dövlət Proqramında aqrar sahənin resurs təminatının gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil, elm və innovasiya sahələrinin inkişaf etdirilməsi, aqrar-emal və logistika infrastrukturunun genişləndirilməsi, subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsallaşma təşəbbüslərinin dəstəklənməsi, habelə balıqçılıq və akvakultura sahəsində institusional və istehsal potensialının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi müəyyən edilib.
İqlimə davamlı istehsal zəncirinin qurulması
Dövlət Proqramında ən strateji məqsdələrdən biri ərzaq təhlükəsizliyi sisteminin gücləndirilməsidir. Xüsusilə də, qlobal meyillər ərzaq sistemlərinin uzunmüddətli dayanıqlı inkişafı baxımından bir sıra çağırışları meydana çıxarır. İqlim dəyişikliklərinin təsirinin güclənməsi və su resursları üzrə təzyiqlərin artması resurslardan daha səmərəli istifadəni, iqlimə davamlı aqrar istehsal modelinə keçidi və məhsuldarlığın yüksəldilməsini zəruri edir. Qlobal ərzaq bazarlarında qeyri-sabitlik və təchizat zəncirlərində risklərin artması daxili ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini strateji zərurətə çevirir. Bu baxımdan, yüksək məhsuldarlığa malik, əlavə dəyər və ixracyönümlü inkişaf modelinə keçidin təmin edilməsi zəruridir.
Aqrar sahədə inkişafın əsas mənbəyi məhsuldarlıq, texnologiya və innovasiya əsaslı intensiv inkişaf sxeminə əsaslanır. Bu məqsədlə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrində resurslardan səmərəli istifadəyə əsaslanan müasir və iqlimə davamlı istehsal modelinin formalaşdırılması, aqrar-emal və logistika infrastrukturunun inkişaf etdirilməsi, eləcə də ərzaq təhlükəsizliyinin və ixrac potensialının gücləndirilməsi istiqamətində kompleks və əlaqələndirilmiş dövlət siyasətinin davam etdirilməsi nəzərdə tutulur.
ABŞ, Almaniya, Yaponiya, Niderland modelinə keçid
Müəyyən edilmiş hədəflər və tədbirlər qabaqcl aqrar təcrübə və modellərə əsaslanır. Qabaqcıl beynəlxalq təcrübə göstərir ki, aqrar sahədə dayanıqlı inkişafın təmin olunması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və rəqabətqabiliyyətliliyin artırılması məqsədilə məhsuldarlığın yüksəldilməsi, rəqəmsal transformasiya, dəyər zənciri yanaşmasının inkişaf etdirilməsi, iqlimə uyğun və resursqoruyucu texnologiyaların tətbiqi əsas inkişaf istiqamətlərinə çevrilib. Bu məqsədlə beynəlxalq meyillər aqrar və ərzaq sistemlərinin transformasiyası üzrə müasir yanaşmalar tətbiq olunacaq. Niderland, Danimarka və Almaniya kimi ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, logistikası və satışının vahid dəyər zənciri əsasında təşkilinə üstünlük veriləcək.
İntensiv və yüksək məhsuldarlığa əsaslanan istehsal modelinə keçid zamanı İsrail və ABŞ kimi ölkələrdə innovativ texnologiyaların və resurs qoruyucu yanaşmaların tətbiqi əsas götürüləcək. ABŞ, Yaponiya və Cənubi Koreyada tətbiq olunan rəqəmsal və “ağıllı kənd təsərrüfatı” həlləri də əsas yanaşmalardan biri olacaq. Həmin ölkələrdə geniş istifadə olunan sensor sistemləri, aqrodronlar, peyk müşahidə texnologiyaları və süni intellekt əsaslı idarəetmə həlləri öləmizin aqrar sektoruna gətiriləcək.
Yeni bitki yağı emalı zavodları yaradılacaq
Su və torpaq resurslarının dayanıqlı idarə olunması və aşağı karbonlu istehsal modelinə keçid zamanı isə İsrail, Avstraliya və Avropa İttifaqı ölkələrində mövcud olan layihələrə istinad ediləcək. Həmin model suvarma səmərəliliyinin artırılması, torpaq münbitliyinin qorunması, karbon emissiyalarının azaldılması və ekoloji təmiz istehsalında nümunəvi metod kimi dünyada geniş yer almaqdadır. Azərbaycan balıqçılıq və akvakultura sektorunun inkişafında da xarici təşəbbüslərə önəm verəcək. Norveç, Çin və Vyetnamda tətbiq edilən intensiv akvakultura texnologiyalarının və emal-logistika infrastrukturunun yaradılması üçün beynəlxalq əməkdaşlıq gücləndiriləcək.
Sənədə əsasən, ölkədə yeni aqroparklar, heyvandarlıq və fermer təsərrüfatları yaradılacaq. Daxili tələbatı ödəmək üçün istehsal sahələri genişləndiriləcək. Bitki yağları istehsalının artırılması üçün bitkiçilik sahəsinin dəstəklənməsi, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi planlaşdırılır. Eyni zamanda azı 2 bitki yağı emalı zavodunun yaradılması hədəflənir.
Bundan başqa, iplik və parça istehsalının təşviq edilməsi üçün güzəştli kreditlərin ayrılması, ipək və xalçaçılıq üzrə emal sahələrinin institusional təkmilləşdirilməsi, pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyasının tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda azı 2 yeni iplik və ya parça emalı müəssisəsinin dəstəklənməsi, pambıq mahlıcının iplik istehsalına yönəldilən hissəsinin, eləcə də ipliyin parça istehsalına yönəldilən hissəsinin artırılması planlaşdırılır.
Qəssabxanalarda inək kəsiminə subsidiya və vergi güzəştləri tətbiq ediləcək
Aqrar təsərrüfatların kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə faiz subsidiyalarının verilməsi və investisiya layihələrinin dəyərinin subsidiyalaşdırılması ilə bağlı yeni mexanizm yaradılacaq. Müasir texnologiyaların tətbiq edildiyi, yem bazasına malik olan və cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların və tədarükçülərin rezident banklar və bank olmayan kredit təşkilatlarından 2027-ci ildən başlayaraq 5 il müddətində manatla aldıqları kreditlərə hesablanmış faizlərin, həmçinin icra edilmiş investisiya layihələrinin dəyəri “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin vəsaiti hesabına subsidiyalaşdırılması həyata keçiriləcək.
Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların birdəfəlik identifikasiyasını aparacaq və bu sahədə toplanan məlumatlar “Elektron kənd təsərrüfatı” informasiya sisteminə ötürüləcək. Yeri gəlmişkən, Qida Agentliyinin icazə sənədi ilə kəsimxanalarda kəsilən iribuynuzlu heyvanlara müəyyən edilmiş şərtlər ilə subsidiyanın, müddətli vergi güzəştlərinin, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi nəzərdə tutulur.
İstehsalın və ixracın illik artım gözləntiləri
Dövlət Su Ehtiyatları Agentliyi təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirəcək.
Hədəf göstəricilərinə əsasən, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun artımı 2030-cu ilə qədər illik 2 faiz artım nümayiş etdirəcək. Həmin məhsulların ixracı isə qarşıdakı 4 il ərzində illik 6 faiz gözlənilir.
Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidinin təmin edilməsi nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52

