Siyasi varislik dövlət müstəqilliyinin qorunmasının əsas amili kimi
27.05.2026 [11:19]
Azərbaycan dövlət müstəqilliyinin bərpası və qorunmasında Ulu öndər Heydər Əliyevin rolu, onun siyasi kursunun davamı kimi isə Prezident İlham Əliyevin müasir dövrdə əldə etdiyi nailiyyətlər Azərbaycan dövlətçiliyi tarixində bir-birini tamamlayan, üzvi surətdə bağlı olan iki mərhələni təşkil edir. Bu iki liderin bu istiqamətdəki fəaliyyətinin həm tarixi, həm siyasi planda paralel şəkildə təhlili Azəraycanda siyasi varisliyin uğur formulunu açmağa imkan yaradır.
Heydər Əliyev və dövlət müstəqilliyinin xilası
Ciddi işgüzar keyfiyyətlər tələb edən fenomenal iş üslubu Heydər Əliyevin hələ Sovetlər Birliyi dövründən bəri topladığı zəngin idarəçilik təcrübəsinə söykənirdi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr - 1969-1982-ci illər müasir Azərbaycanın inkişaf tarixinə ilk dönüş mərhələsi kimi yazılmışdır. Belə ki, məhz həmin illərdə müəyyənləşmiş fundamental strateji istiqamətlər sonrakı müstəqillik dövrünün sosial-iqtisadi bazasına çevrildi.
Bu tarixi reallıqlar Heydər Əliyevin gəldiyi nəticənin inkarolunmaz həqiqət olduğunu bir daha sübut edir: “Azərbaycanın Sovet dövründə inkişafının ən barız nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.
1991-ci ildə SSRİ-nin süqutu nəticəsində Azərbaycan formal olaraq dövlət müstəqilliyini bərpa etsə də, ölkə daxilindəki siyasi xaos, iqtisadi tənəzzül, separatizm təhlükəsi və xarici təzyiqlər dövlətçiliyin real məzmun qazanmasına imkan vermirdi. Belə ki, yeni müstəqilliyin ilk illərində Qarabağ müharibəsi get-gedə daha da şiddətlənir, torpaq itkiləri artırdı. Daxildə hakimiyyət böhranı, tez-tez dəyişən siyasi komandalar cəmiyyətdə inamsızlıq yaradırdı. Ayrılma meyilləri güclənmiş, ölkənin parçalanma təhlükəsi yaranmışdı.
Belə bir şəraitdə 1993-cü ildə hakimiyyətə xalqın tələbi ilə qayıdan Heydər Əliyev faktiki olaraq Azərbaycan dövlətini dağılmaqdan xilas edən şəxsə çevrildi. Onun rolunu bir neçə əsas istiqamətdə qeyd etmək olar. Birincisi, silahlı toqquşmaların, qiyam cəhdlərinin qarşısının alınması, mərkəzi hakimiyyətin möhkəmləndirilməsi, həmçinin hakimiyyətin legitimliyinin bərpası və dövlət institutlarının ardıcıl formalaşdırılması nəticəsində dövlətçilik və siyasi sabitliyin bərpasına nail olundu.
Bundan sonra hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.1995-ci ildə yeni Konstitusiyanın qəbulu ilə Azərbaycan müstəqil, unitar, demokratik və hüquqi dövlət kimi öz inkişaf modelini müəyyənləşdirdi. Bu sənəd dövlətin siyasi sistemini, hakimiyyət qollarının bölgüsünü, insan hüquq və azadlıqlarının hüquqi təminatını müəyyən edərək müstəqilliyin hüquqi bazasını yaratdı.
Çox mürəkkəb geosiyasi şəraitdə Ulu Öndər müharibə və təhlükəsizlik məsələlərində dəqiqliklə düçünülmüş strateji yanaşmasını və dövlət təlükəsizliyi məsələlərinə praqmatik baxışlarını ortaya qoyaraq Qarabağ münaqişəsinin həllində bütün müstəvilərdə Azərbaycanın üstün mövqeyə çıxarılmasına nail oldu. Atəşkəsin əldə olunması ilə Azərbaycan tam məğlub olmaqdan və daha böyük itkilərdən qorundu.Ordu quruculuğu və milli təhlükəsizlik konsepsiyasının formalaşdırılmasına başlanıldı. Beynəlxalq aləmdə Azərbaycanla bağlı mövqelərin dəyişməsi üçün siyasi-diplomatik zəmin yaradıldı.
1994-cü ildə imzalanmış və Azərbaycanın neft strategiyasının əsasını formalaşdıran “Əsrin müqaviləsi” təkcə iqtisadi müstəqilliyi təmin edən transmilli layihə deyil, həm də siyasi akt idi. Belə ki, bu müqavilə gənc respublikanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi və ölkənin enerji resursları üzərində suverenliyini möhkəmləndirdi. Bununla da yaranmış yeni geosiyasi balans Azərbaycanın beynəlxalq əhəmiyyətinin artırılmasına müstəsna töhfə vermis oldu.
Bütövlükdə Azərbaycanda müstəqillik ideologiyasının formalaşması Ümumilli liderimizin böyük tarixi nailiyyətidir. Çünki Heydər Əliyev öz faliyyətini təkcə siyasi idarəçi kimi yox, həm də müstəqillik fəlsəfəsinin müəllifi kimi qururdu. Onun siyasətində azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunması və inkişafı, diasporla iş və beynəlxalq mühitdə Azərbaycan həqiqətlərinin təbliği mühüm yer tuturdu.
Bu baxımdan Heydər Əliyev dövlət müstəqilliyini sadəcə bərpa etmədi, onu geri dönməz tarixi reallığa çevirmək üçün həm siyasi, həm hüquqi, həm də ideoloji əsaslar yaratdı. Bu tarixi nailiyyətin dəyərini 1918-ci ildə yaradılmış və 23 ay sonra süquta uğramış Azərbaycan Xalq Cümhuriyyətinin zəif dövlətçilik və uğursuz təcrübəsi, həmçinin 1991-ci ildə də tarixin sanki yenidən təkrarlanması ilə müqayisəli paralellər müstəvisində dəyərləndirmək yerinə düşür. Bu taleyüklü tarixi hadisələr gələcək nəsillər üçün mühüm dərsdir: müstəqillik yalnız elan edilməklə deyil, güclü idarəçilik və dövlətçilik, sabitlik və milli birlik əsasında qoruna bilir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Ulu Öndərin siyasi portreti bu prizmadan belə təsvir olunur: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir... Müstəqil Azərbaycan Ulu ?ndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
Yeni mərhələdə müstəqil dövlətin uğurlu inkişafı
2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu yeni tarixi şəraitə uyğun olaraq davam etdirməyə və inkişaf etdirməyə müvəffəq olmuşdur. Ötən dövr artıq böhran və parçalanma təhlükəsi mərhələsindən sabitlik, modernləşmə və güclənmə mərhələsinə keçid kimi xarakterizə oluna bilər.
Bu illər ərzində dünyaya islahatçı lider obrazını uğurla təqdim edən Prezident İlham Əliyevin nailiyyətlərini bir neçə əsas istiqamətdə ümumiləşdirmək olar. İlk növbədə neft gəlirlərinin idarə olunması, geniş miqyaslı infrastruktur layihələri, regionların sosial-iqtisadi inkişaf proqramları, iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində sənaye, kənd təsərrüfatı, xidmət sektorunun inkişafı ölkənin iqtisadi inkişaf və modernizasiya konsepsiyasının əsasını təşkil edir. Məhz bu müdrik siyasət nəticəsində Azərbaycan bu gün regionun aparıcı iqtisadi güclərindən birinə çevrilmişdir.
Respublikaya rəhbər seçildiyi gündən ordu quruculuğunu və hərbi-siyasi gücün artırılmasını prioritet istiqamətlərdən biri kmi müəyyənləşdirən cənab İlham Əliyev orduya və təhlükəsizliyə ayrılan vəsaitlərin artırılmasına, texniki-modern səviyyədə silahlanmasına xüsusi diqqət ayırır. Bu dövr ərzində dünya standartlarına uyğun milli hərbi-sənaye kompleksinin yaradılması, orduda peşəkarlığın, intizamın və döyüş qabiliyyətinin yüksəldilməsi ilk növbədə Azərbaycanın başı üzərində 30 il ərzində işğal bəlası kimi duran Qarabağ münaqiəsinə son qoymaq məqsədindən qaynaqlanmışdır. Bu prosesin məntiqi nəticəsi kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ildə isə dövlət suverenliyini bütün ərazilərində tam təmin etdi. Bununla da Heydər Əliyevin “müstəqilliyi qoruma” xətti İlham Əliyevin dövründə “müstəqilliyi gücləndirən qələbə” mərhələsinə keçdi.
Xarici siyasət və beynəlxalq mövqe kontekstində Prezident
İlham Əliyevin balanslaşdırılmış, çoxvektorlu xarici siyasət kursuna nəzər yetirsək, bir daha əmin olarıq ki, son 23 il ərzində Azərbaycanın beynəlxalq nüfuzu müqayisəsiz dərəcədə artmış, ölkəmiz beynəlxalq enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilmişdir. Qoşulmama Hərəkatına sədrlik, beynəlxalq tədbirlərə ev sahibliyi vasitəsilə Azərbaycanın qlobal siyasi sistemdə rolunu gücləndirmişdir. Bu günlərdə Bakıda təşkil olunmuş və 182 ölkəni təmsil edən 45 mindən artıq iştirakçının qatıldığı Ümumdünya Şəhəralma Forumunun 13-cü sessiyasının (WUF-13) uğurlu yekunu söylənənlərin daha bir bariz nümunəsidir.
Daxili sabitlik və əhalinin yüksək rifahına hədəflənən sosial siyasət gənc müstəqil dövlət kimi formalaşmasında mühüm amildir. Bu gün məhz bu siyasət nəticəsində dövlət müstəqilliyinin yalnız formal deyil, real sosial məzmun daşıması təmin olunmaqdadır.
Siyasi varisliyin təntənəsi
Bu günlərdə ölkə ictimaiyyətinin təntənə ilə qeyd edəcəyi dövlət müstəqilliyimizin 106-cı ildönümü prizmasından Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə nəzər salarkən aralarında həm tarixi varislik, həm də siyasi paralellər aydın görünür. Heydər Əliyev müstəqilliyin təməlini qoyan, onu xaos və parçalanma təhlükəsindən xilas edən, hüquqi-siyasi və ideoloji sütunlarını formalaşdıran lider kimi tarixə düşüb. Cənab İlham Əliyev isə bu təməllər üzərində müstəqil Azərbaycanı güclü, qalib və nüfuzlu regional aktor səviyyəsinə yüksəldən, ərazi bütövlüyünü və suverenliyini faktiki təmin edən lider kimi çıxış edir. Bu paralellər həm də onu göstərir ki, Azərbaycan dövlətçiliyi ardıcıl, məqsədyönlü və strateji düşünülmüş bir xətt üzrə inkişaf etməkdədir.
Əli Hüseynli,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52

