Aqrar sahədə yeni hədəflər: mühüm müsajlar
01.06.2026 [10:08]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə ölkənin aqrar sektorunun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olaraq dövlət siyasətinin mərkəzində dayanır və bu istiqamətdə həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyur.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, 2004-cü ildən etibarən ölkədə həyata keçirilən regional inkişaf proqramları kənd təsərrüfatının inkişafı üçün möhkəm təməl formalaşdırıb. Həmin proqramlar çərçivəsində regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, yollar çəkilib, su və enerji təminatı yaxşılaşdırılıb, kənd yerlərində məşğulluq səviyyəsi yüksəlib. Bütün bunlar aqrar sektorun inkişafı üçün zəruri şərait yaradıb.
Müşavirədə diqqət çəkən əsas məqamlardan biri kənd təsərrüfatının yalnız iqtisadi deyil, həm də strateji sahə kimi qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev vurğuladı ki, ərzaq təhlükəsizliyi hər bir dövlət üçün milli təhlükəsizlik məsələsidir. Son illərdə dünyada baş verən geosiyasi proseslər, iqlim dəyişiklikləri və qlobal iqtisadi böhranlar bir daha sübut edib ki, ölkələrin öz daxili istehsal imkanlarını artırması həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın kənd təsərrüfatında özünütəminetmə səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.
Müşavirədə aqrar sahədə əldə olunan uğurlarla yanaşı, mövcud problemlərə də toxunuldu. Qeyd olundu ki, bəzi məhsullar üzrə istehsal göstəriciləri hələ də ölkənin potensialına uyğun deyil. Torpaq ehtiyatlarından səmərəli istifadə, suvarma sistemlərinin modernləşdirilməsi, məhsuldarlığın artırılması və müasir texnologiyaların tətbiqi qarşıda duran əsas vəzifələr kimi müəyyənləşdirildi. Xüsusilə su ehtiyatlarının idarə olunması məsələsi müşavirədə geniş müzakirə olundu. Prezident İlham Əliyev qeyd etdi ki, iqlim dəyişiklikləri fonunda su resurslarından qənaətlə istifadə edilməsi mühüm əhəmiyyət daşıyır. Yeni su anbarlarının tikilməsi, suvarma şəbəkələrinin yenilənməsi və innovativ suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatının dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.
Müşavirədə fermerlərin fəaliyyətinin dəstəklənməsi məsələləri də xüsusi yer tutdu. Dövlət tərəfindən subsidiyaların verilməsi, güzəştli kreditlərin ayrılması, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə fermerlərə təqdim olunması və aqrar sığorta sisteminin genişləndirilməsi kənd təsərrüfatının inkişafına mühüm töhfə verir. Prezident vurğuladı ki, fermerlərin rifahının yüksəldilməsi və onların gəlirlərinin artırılması dövlətin əsas məqsədlərindən biridir.
Rəqəmsal texnologiyaların və innovasiyaların aqrar sektora inteqrasiyası məsələsinə də müşavirədə xüsusi diqqət yetirildi. Müasir dövrdə kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması üçün “ağıllı kənd”, rəqəmsal monitorinq, peyk nəzarəti və dəqiq əkinçilik texnologiyalarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın kənd təsərrüfatını yeni inkişaf mərhələsinə çıxarmağa xidmət edir.
Ölkə Prezidenti İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərdən aydın olur ki, qarşıdakı illərdə aqrar sektorun inkişafı üzrə yeni dövlət proqramları və islahatlar həyata keçiriləcək. Məqsəd yalnız daxili bazarın tələbatını ödəmək deyil, eyni zamanda Azərbaycanın kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq, ixrac potensialını genişləndirmək və qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir.
Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə Azərbaycanın aqrar siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin çıxışı ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, kənd yerlərinin inkişafı, fermerlərin sosial rifahının yüksəldilməsi və qeyri-neft iqtisadiyyatının gücləndirilməsi istiqamətində dövlətin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Bu strateji yanaşma da öz növbəsində Azərbaycanın kənd təsərrüfatını daha müasir, daha məhsuldar və daha rəqabətqabiliyyətli sahəyə çevirməyə xidmət edir.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

