Samuxda “Enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı tədbir keçirilib
05.06.2026 [19:07]
İyunun 5-də Samux rayonunun Heydər Əliyev Mərkəzində Samux rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı ilə əlaqədar “Enerji təhlükəsizliyində Azərbaycanın rolu” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən Samux rayon İcra Hakimiyyəti Başçısının müavini-ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova bildirib ki, Azərbaycan bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, yeni enerji marşrutlarının formalaşmasına və strateji tərəfdaşlıqların genişlənməsinə mühüm töhfələr verir.
Sonra çıxış edən YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova vurğulayıb ki, enerji təhlükəsizliyi müasir dünyanın ən mühüm məsələlərindən biridir. Bu gün dövlətlərin iqtisadi inkişafı, milli təhlükəsizliyi və beynəlxalq əməkdaşlığı enerji resurslarına çıxış imkanlarından və onların etibarlı şəkildə təmin edilməsindən birbaşa asılıdır. Belə bir şəraitdə Azərbaycan təkcə öz enerji təhlükəsizliyini təmin edən ölkə kimi deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verən etibarlı tərəfdaş kimi tanınır.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktor müavini Raziyə Qasımova çıxış edərək bildirib ki, Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji şirkətlərini, ekspertlərini və siyasətçilərini bir araya gətirən mühüm beynəlxalq platformadır. O qeyd edib ki, Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları, yaşıl enerji gündəliyini və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələri bir daha nümayiş etdirir.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın enerji siyasətinin uğurlarından, ölkəmizin beynəlxalq enerji əməkdaşlığında tutduğu mövqedən və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə əldə olunan mühüm nailiyyətlərdən bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

