Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkil olunacaq
18.06.2026 [23:19]
İyunun 29-dan iyulun 3-dək Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkil olunacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq reallaşacaq.
“Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçiriləcək.
Həftənin əsas tədbiri “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres olacaq. İyunun 29-da Heydər Əliyev Mərkəzində rəsmi açılış mərasimi keçiriləcək konqresdə türk respublikaları daxil olmaqla ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələrin iştirakı nəzərdə tutulur. Açılış mərasimində qurultaya həsr olunmuş interaktiv sərgi və qısametrajlı film təqdim ediləcək.
İyunun 29-da, həmçinin Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
İyunun 30-da AMEA Rəyasət Heyətinin binasında “Türk tarixi hekayələri və ideoloji yanaşmalar” mövzusunda panel müzakirələri təşkil olunacaq. Həmin gün Dənizkənarı Milli Parkda konsert proqramı reallaşacaq.
İyulun 1-də konqres iştirakçıları üçün Qarabağ bölgəsinə səfər təşkil ediləcək. Ağdam, Şuşa və Xankəndi şəhərlərini əhatə edən səfər çərçivəsində iştirakçılar regionun tarixi-mədəni abidələri ilə tanış olacaqlar. Həmin gün Ağdam Muğam Mərkəzində dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin eyniadlı pyesi əsasında “İblis” tamaşası nümayiş etdiriləcək.
İyulun 2-də Qarabağ Universitetində “Birinci Türkoloji Qurultayın mədəni və elmi mirası” mövzusunda panel müzakirəsi keçiriləcək. Müzakirələrin yekununda “Türk Dünyası Həftəsi” çərçivəsində gerçəkləşən plenar və panel sessiyaların nəticələrini əks etdirən, türkologiya sahəsində növbəti yüzillik üçün prioritet istiqamətləri, strateji çağırışları və ortaq əməkdaşlıq perspektivlərini müəyyənləşdirən yekun sənədin qəbul edilməsi nəzərdə tutulur.
Həmin gün, eyni zamanda, Bakıda Milli Azərbaycan Tarixi Muzeyində yubiley sərgisi, Azərbaycan Milli Kitabxanasında isə Türk Dünyası Milli Kitabxanaları Birliyinin konfransı və yeni nəşrlərin təqdimatı keçiriləcək.
“Türk Dünyası Həftəsi”nin sonuncu günü – iyulun 3-də Azərbaycan Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” mövzusunda elmi seminar və sərgi təşkil olunacaq. Nizami Kino Mərkəzində film nümayişi ilə həftənin bağlanışı olacaq.
“Türk Dünyası Həftəsi” “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında qeyd edilən qlobal trendlər kontekstində türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi, qorunması və təbliği baxımından əhəmiyyətli platformadır.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

