/ / BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru WUF13-ə uğurlu ev sahibliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib
22.06.2026 [14:43]
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF 13) uğurlu təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
AZƏRTAC xəbər verir ki, Anaklaudia Rossbax bununla bağlı dövlətimizin başçına ünvanlandığı məktubunda qeyd edib: “WUF13-ə misilsiz uğurla ev sahibliyi etdiyinizə görə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) adından Sizə və hökumətinizə ən dərin minnətdarlığımı bildirirəm. WUF13 dünya miqyasında mənzil icması və UN-Habitat üçün mühüm mərhələ oldu. Forum dünya üzrə rekord sayda iştirakçını bir araya gətirdi. Onlar davamlı şəhərsalmanın inkişafında irəliləyişə sadiq olan milli və yerli hökumətləri, vətəndaş cəmiyyətini, akademik dairələri, özəl sektoru, gənclər qruplarını, beynəlxalq təşkilatları və digər maraqlı tərəfləri təmsil edirdilər.
WUF13, həmçinin Şərqi Avropa və Mərkəzi Asiya regionunda keçirilən ilk Ümumdünya Şəhərsalma Forumu Sessiyası kimi tarixi əhəmiyyət kəsb etdi. WUF13-ün uğurla keçirilməsi Azərbaycan Hökumətinin və xalqının güclü öhdəliyini, rəhbərliyini və qonaqpərvərliyini əks etdirir. UN-Habitat ilə Azərbaycan arasında sıx əməkdaşlıq Sessiyanın bütün substantiv, operativ və logistik sahələrdə səmərəli şəkildə hazırlanmasını və təşkilini təmin etmək baxımından həlledici rol oynadı.
WUF13 bir sıra iddialı nəticələrlə yadda qaldı, o cümlədən “Bakı Fəaliyyətə Çağırış” və Nazirlər Görüşünün yekun sənədi (Sədrlərin Xülasəsi), həmçinin Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük “Urban Expo” sərgisi təşkil etdi. WUF13, həmçinin WUF Akademiyası, Biznes və İnnovasiya Mərkəzi və Təcrübə Mərkəzi kimi bir çox yeni və innovativ təşəbbüslər təqdim etdi ki, bu da WUF-un zəngin dialoq, bilik mübadiləsi, tərəfdaşlıqlar və praktiki şəhərsalma həlləri platforması kimi mövqeyini daha da gücləndirdi.
WUF13-ün bu nəticələri və təcrübəsi qlobal əməkdaşlığın gücləndirilməsinə, Yeni Şəhər Gündəliyinin və 11-ci Dayanıqlı İnkişaf Məqsədinin icrasının irəlilədilməsinə yol açdı və çox vacib töhfə verdi.
WUF13, həmçinin mühüm irslər qoydu. Bunlara gələcək Ümumdünya Şəhərsalma Forumu sessiyaları üçün operativ bələdçinin hazırlanmasına töhfə verəcək “WUF13 Bakı Standartları”, habelə Bakı Şəhərsalma Mükafatı daxildir”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

