Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb
24.06.2026 [14:39]
Almaniyada dəmir yolu rəqəmsal rabitə sistemində yaranmış nasazlıq səbəbindən qatarların hərəkəti ölkə üzrə müvəqqəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, Almaniya Dəmir Yolları Şirkətinin (Deutsche Bahn) yaydığı məlumata görə, GSM-R rəqəmsal dəmir yolu rabitə şəbəkəsində baş vermiş nasazlıq nəticəsində ölkədə bütün qatarlar təhlükəsizlik məqsədilə stansiyalarda saxlanılıb. Şirkət problemin aradan qaldırılması istiqamətində texniki mütəxəssislərin intensiv işlədiyini bildirib.
Nasazlıq uzaqməsafəli və regional qatarlarla yanaşı, bəzi şəhərətrafı qatar xətlərinin (S-Bahn) fəaliyyətinə də təsir göstərib. Bir çox qatar marşrut üzrə hərəkətini dayandıraraq ən yaxın stansiyaya yönləndirilib. Nəticədə ölkənin müxtəlif bölgələrində ciddi gecikmələr və reyslərin ləğv olunması qeydə alınıb.
Dəmir yolu operatoru “Metronom” da hərəkətdə ciddi məhdudiyyətlər yarandığını bildirərək, sərnişinləri planlaşdırdıqları səfərləri təxirə salmağa çağırıb.
“Deutsche Bahn” sərnişinlərə səfərə başlamazdan əvvəl marşrutları şirkətin internet səhifəsində, “DB Navigator” mobil tətbiqində və ya məlumat xidmətləri vasitəsilə yoxlamağı tövsiyə edib.
GSM-R sistemi qatarlarla dispetçer mərkəzləri arasında rabitəni və dəmir yolu hərəkətinin təhlükəsiz idarə olunmasını təmin edir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48

