Sinxua: Azərbaycan və Çin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirirlər
24.06.2026 [14:10]
Çinin Sinxua informasiya agentliyi Azərbaycan-Çin əməkdaşlığının inkişafına həsr olunmuş material hazırlayıb. Yazıda iki ölkə arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa və iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İdxal və İxraca Nəzarət şöbəsinin müdiri Əkbər Əliyev agentliyə eksklüziv müsahibəsində Azərbaycanla Çin arasında münasibətlərin qarşılıqlı hörmət, etimad və praqmatizm prinsiplərinə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın nümunəsi olduğunu bildirib.
Onun sözlərinə görə, Çin Xalq Respublikası Azərbaycanın Asiyada əsas iqtisadi tərəfdaşlarından biri olaraq qalır, Bakı isə Cənubi Qafqazda Pekinin etibarlı tərəfdaşı və Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının mühüm həlqəsidir.
Məqalədə Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakının əhəmiyyəti, həmçinin ölkənin Çinlə Avropanı Xəzər regionu vasitəsilə birləşdirən Orta Dəhlizin mühüm nəqliyyat-logistika qovşağı kimi rolu vurğulanır.
Sinxua qeyd edir ki, son illərdə iki ölkə arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib və nəqliyyat, investisiyalar, energetika, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi də daxil olmaqla geniş sahələri əhatə edir.
Materialda bu ilin iyun ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Çinin Baş Gömrük Administrasiyası arasında əldə olunmuş razılaşmalara xüsusi diqqət ayrılıb. Danışıqların yekununda Azərbaycan quş əti, akvakultura məhsulları və digər su bioresurslarının Çin bazarına ixracını tənzimləyən protokollar imzalanıb.
Ə.Əliyevin sözlərinə görə, həmin sənədlər baytarlıq, sanitariya, karantin və qida təhlükəsizliyi tələblərini müəyyən edir, bununla da Azərbaycan məhsullarının Çinə tədarükünün genişləndirilməsi üçün zəruri hüquqi baza yaradır.
Məqalədə həmçinin qeyd olunur ki, tərəflər daha əvvəl Azərbaycan fındığı və badamının Çin Xalq Respublikasına ixracı, eləcə də qida təhlükəsizliyi və fitosanitar nəzarət sahəsində əməkdaşlıqla bağlı razılıq əldə ediblər.
Ə.Əliyev ikitərəfli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib. O bildirib ki, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və logistika kimi perspektivli sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

