Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Son 2 ildə sığorta haqları 1,5 milyard manata çatıb

Son 2 ildə sığorta haqları 1,5 milyard manata çatıb

24.06.2026 [13:08]

Son illərdə Azərbaycanda sığorta sektorunun inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunub. Bu inkişafda sığorta şirkətlərinin xidmət çeşidlərinin genişlənməsi və xidmət keyfiyyətinin artması, əhalinin sığorta məlumatlığının yüksəlməsi, eləcə də Mərkəzi Bank tərəfindən həyata keçirilən sistemli islahatlar mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov 11-ci "Azərbaycan Beynəlxalq Sığorta Forumu"nda (AIIF-2026) bildirib.

O deyib ki, son 2 il ərzində sığorta haqları 23 faiz artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57 faiz artaraq 0,9 milyard manata çatıb. Eyni zamanda, sektorun aktivləri 18 faiz artaraq 2,1 milyard manat təşkil edib. Sektorun kapital mövqeyi də əhəmiyyətli dərəcədə güclənib, məcmu kapitalın həcmi kapital tələblərini 2 dəfəyə yaxın üstələyib. Bu göstəricilər sığorta sektorunun sağlam inkişaf trayektoriyasında olduğunu və maliyyə sabitliyinin daha da möhkəmləndiyini nümayiş etdirir.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30