Müasir dövrdə insanlar üçün ən vacib sığorta növü hansıdır?
02.07.2026 [22:30]
Risklərin artdığı, təbii fəlakətlərin və gözlənilməz hadisələrin daha tez-tez baş verdiyi müasir dövrdə sığorta insanların maliyyə təhlükəsizliyini təmin edən əsas vasitələrdən biri kimi ön plana çıxır. Həm fərdi şəxslər, həm də ailələr üçün müxtəlif sığorta növləri mümkün itkilərin qarşısını almaqda və riskləri minimuma endirməkdə mühüm rol oynayır. Bəs bu gün insanlar üçün ən vacib sığorta növü hansıdır və hansı səbəblər onu daha aktual edir?
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, sığorta hər hansı dövrdən və şərtlərdən asılı olmayaraq hər zaman hər kəs üçün vacib olan bir müdafiə mexanizmi xidmətidir. Çünki sığortanın başlıca prinsipi bədbəxt hadisələr nəticəsində yarana biləcək gözlənilməz xərclərin təminat altına alınması ilə maliyyə sabitliyinin risklərdən müdafiəsidir. Doğrudur, hər bir xidmət sahəsində olduğu kimi, sığorta sektorunda da tələb-təklif faktoru vacib məqamlardandır. Lakin intensivləşməkdə və qeyri-ənənəvi hal almaqda olan risklərlə əhatələnmiş dünyada risklərimizi doğru idarə edə bilməyimiz də vacibdir. Bu mənada sığorta həm də risklərin idarə olunması yönündə də ən unikal mexanizm rolunda çıxış edir: “Müşahidələrimiz göstərir ki, bu gün həyat və qeyri-həyat sığorta siniflərinə aid müxtəlif sığorta növlərinə maraq var və bu maraq tədricən, mərhələli şəkildə artmaqda davam edir. Bu maraq səviyyəsinin periodik olaraq artan xətt üzrə irəliləməsi faktını Azərbaycan Mərkəzi Bankı tərəfində dövri olaraq açıqlanan sığorta icmallarından da aydın görə bilərik. Məsələn, elə ilk olaraq “Həyatın yaşam sığortası” növündən danışaq. Bu məhsul sığorta növü olmaqla yanaşı, həm də çox səmərəli investisiya alətidir. Məhsulun yığım funksiyası istehlakçıların maraq və diqqətinə səbəb olur. Nəticə etibarilə deyə bilərik ki, bu sığorta növü üzrə yığımlar 2025-ci ilin ümumi göstəricilərində 701 milyon manat, cari ilin ilk 5 ayı üzrə göstəricilərdə isə 399 milyon manat təşkil edib”.
Qeyd edilib ki, daha bir aktual sığorta növü isə “Daşınmaz əmlakın icbari sığortası”dır. Bu sığorta növü artan təbii fəlakətlər, yanğın, subasma və digər bu kimi əmlaka zərər yetirə biləcək halların intensivləşməsi ilə əmlak sahiblərində maraq yaratmaqdadır. Təkcə bu ilin yarısında 4 fərqli tarixdə leysan xarakterli yağışlar nəticəsində 8000-ə yaxın sığorta hadisəsinin qeydə alınması və 10 milyon manata yaxın sığorta ödənişinin edilməsi və bu hadisə sayının da təxminən yarısının əmlaklarla bağlı olmasına diqqət etsək, haqqında danışdığımız sığorta növünün nə qədər aktual və gərəkli olduğuna bir daha əmin ola bilərik. Həm vacib, həm də respublikamızda ən populyar sığorta növü bu gün “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növüdür. Sevindirici haldır ki, bu sığorta növü üzrə penetrasiya ölkəmizdə 100 faizdir və bu rekord göstərici ilə ölkəmiz dünya ölkələri arasında ilk pillələrdə yer alır. Avto-icbari olaraq da adlandırdığımız bu sığorta növü üzrə yığımlar 2025-ci ilin ümumi icmalında 182 milyon manat, cari ilin ilk 5 ayında isə 74 milyon manat təşkil edib. Hər bir avtonəqliyyat vasitəsi sahibi üçün sürücülük vəsiqəsi qədər önəmli və vacib olan bu sığorta növü üzrə həyata keçirilən islahatlar, elektronlaşdırma işləri vətəndaşların bu sığorta növünə əlçatanlığını hər ötən gün bir az da artırmaqdadır.
“Vacib və əhəmiyyətli sığorta növləri siyahısını bir qədər də uzatmaq olar. Bu sırada biz “Kredit həyat sığortası”nı, “Könüllü tibbi sığortası”, “Kasko”nu, “Könüllü əmlak sığortası”nı, aqrar sığorta növlərini və sair sığorta məhsullarını qeyd edə bilərik ki, bütün bu sığorta məhsulları vətəndaşyönümlüdür. Hansı sığorta növü vacibdir? - sualına bir cümlə ilə də bu şəkildə cavab vermək olar. Sahib olduğumuz dəyərlərdən və ətrafda mövcud olan risklərdən asılı olaraq tətbiq olunan bütün sığorta növləri vacib və gərəklidir. Çünki həyat məhz sığorta ilə rahatdır”, - deyə ASA-dan bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

