Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edilib

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edilib

03.07.2026 [12:45]

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dəyanət Salik oğlu Musayev bu gün Ucar rayonunda dəfn olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayonun Boyat kəndində itkin şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.

Vida mərasimindən sonra itkin şəhid Boyat kənd qəbirsanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Dəyanət Musayev 1973-cü ildə Ucarın Boyat kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun, Murovdağ silsəisi ərazisində gedən döyüşlərdə itkin düşüb.

Paylaş:
Baxılıb: 400 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31