Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milli Məclis yerli istehsalı dəstəkləyən yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib

Milli Məclis yerli istehsalı dəstəkləyən yeni qanun layihəsini birinci oxunuşda təsdiqləyib

07.07.2026 [14:30]

Gömrük Məcəlləsinə bir sıra dəyişiklik təklif edilir.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamenti iyulun 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, Azərbaycan ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq.

Ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınmaqla, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə 24 ay keçid dövrü nəzərdə tutulub.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

COP29

Analitik

Diqqət ANKARAYA!!

07 İyul 10:40  

YAP xəbərləri

Ədəbiyyat

Maraqlı

Maraqlı

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31