Hər köç yeni bir başlanğıcdır!
08.07.2026 [08:54]
Böyük Qayıdış Zəfərin izlərini həyata çevirir...
Bir zamanlar həsrətin, ayrılığın və məcburi köçkünlük ağrısının simvoluna çevrilən işğaldan azad edilmiş ərazilərimizin yolları artıq sevinc, qürur və doğma torpaqlara qayıdışın ünvanına çevrilib. Demək olar ki, hər gün yola salınan köç karvanları illərlə öz doğma yurduna dönəcəyi günü səbrlə gözləyən ailələrin həyatında yeni bir səhifə açır, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın yenidən canlandığını bütün dünyaya nümayiş etdirir.
Hər yeni köç karvanı sadəcə insanların bir yaşayış məntəqəsindən digərinə köçürülməsi deyil, eyni zamanda dağıdılmış şəhər və kəndlərin yenidən nəfəs almasının, uzun illər susqun qalan küçələrin uşaq səsləri ilə dolmasının, boş qalan evlərin yenidən işıqlanmasının canlı nümunəsidir. Demək olar hər gün yola salınan köç karvanları göstərir ki, Böyük Qayıdış prosesi ardıcıl şəkildə davam edir. Azad edilmiş torpaqlarda həyatın bərpası sürətlə genişlənir, çünki hər qayıdan ailə özü ilə birlikdə yalnız şəxsi əşyalarını deyil, həm də doğma yurda olan sevgisini, gələcəyə inamını, zəhmətini və yeni həyat qurmaq əzmini aparır.
41 ailə yola salındı
İyulun 6-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanı yola salınıb. Şükürbəyli kəndində 223 nəfərdən ibarət 46 ailəyə mənzillərin açarları təqdim edilib. Ötən gün isə Xocavəndə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Xocavənd şəhərinə 41 ailə olmaqla, 163 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Quruculuq işləri yalnız binaların tikintisi ilə məhdudlaşmır
İllərlə işğalın ağır izlərini daşıyan Xocavənd rayonu bu gün tamamilə fərqli bir dövrünü yaşayır. Burada həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində dağıntılar tədricən inkişafla əvəz olunur, müasir infrastruktur yaradılır, yeni yaşayış məntəqələri formalaşdırılır. Doğma torpaqlarına qayıdan insanların rahat, təhlükəsiz və firavan həyat sürməsi üçün hərtərəfli şərait qurulur. Rayon ərazisində avtomobil yollarının yenidən inşa edilməsi, elektrik, içməli su, qaz və rabitə xətlərinin müasir tələblərə uyğun şəkildə çəkilməsi, sosial və kommunal infrastrukturun qurulması, eləcə də yaşayış məntəqələrinin bərpası Xocavəndin iqtisadi və sosial inkişafına yeni təkan verməklə yanaşı, bu torpaqlarda həyatın davamlı şəkildə bərpa olunduğunu da nümayiş etdirir.
Xocavənddə həyata keçirilən quruculuq işləri yalnız binaların və yolların tikintisi ilə məhdudlaşmır. Eyni zamanda gələcək nəsillərin keyfiyyətli təhsil alacağı məktəblərin, müasir tibbi xidmət göstərəcək səhiyyə müəssisələrinin, mədəniyyət və ictimai xidmət obyektlərinin yaradılması istiqamətində görülən işlər bölgənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir.
Bu gün rayonda aparılan hər bir tikinti işi, salınan hər yeni yol, çəkilən hər yeni kommunikasiya xətti və yaradılan hər yeni yaşayış məkanı illərdir doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına inamla qayıtmasına xidmət edir. Çünki Böyük Qayıdış prosesi təkcə insanların evlərinə dönməsi deyil, həm də şəhər və kəndlərin əvvəlkindən daha müasir, daha dayanıqlı və daha inkişaf etmiş şəkildə yenidən qurulması deməkdir.
Xocavənddə davam edən bərpa və yenidənqurma işləri göstərir ki, bu qədim Azərbaycan torpağında həyat yenidən öz axarına qayıdır, əmək, quruculuq və inkişaf ruhu hər keçən gün daha da güclənir. Burada atılan hər addım gələcək nəsillərin firavan yaşayacağı, insanların rahatlıq və əmin-amanlıq içində həyat sürəcəyi güclü və davamlı bir gələcəyin formalaşmasına xidmət edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34

