Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv edib

ABŞ İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv edib

08.07.2026 [13:32]

ABŞ Xəzinədarlıq Departamenti anlaşma memorandumunun bir hissəsi olaraq Tramp administrasiyasının İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv etdiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, üç həftədən az müddət əvvəl verilən güzəştlərin ləğvi İranın son 24 saat ərzində Hörmüz boğazında gəmilərə qarşı yenidən hücumları ilə bağlıdır.

ABŞ rəsmisi müsahibəsində Xarici Aktivlərə Nəzarət İdarəsinin İran neftinin satışına icazə verən ümumi lisenziyanı ləğv etdiyini təsdiqləyib.

"Prezident Tramp və administrasiyanın dəfələrlə bəyan etdiyi kimi, İranla qüvvədə olan anlaşma memorandumu tamamilə şərtlərin icrasına əsaslanır. İran yalnız yaxşı davranış nümayiş etdirərsə, fayda əldə edəcək. İranın boğazdakı hərəkətləri ABŞ üçün tamamilə qəbuledilməzdi və öz nəticələrini verəcək”,- deyə ABŞ rəsmisi bildirib.

Paylaş:
Baxılıb: 370 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31