Plutonu müşahidə edən NASA-nın kosmik gəmisi yenidən fəaliyyətə başlayıb
10.07.2026 [21:50]
Pluton planetini müşahidə edən NASA-nın “News Horizons” kosmik gəmisi 321 gündən sonra yenidən fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, NASA-nın veb-saytında dərc olunmuş mətbuat açıqlamasında deyilir: “Agentliyin mütəxəssisləri təsdiqləyiblər ki, ötən ilin iyul ayında əsas kompüterinə ötürülən və bazada saxlanılan əmrlər əsasında hərəkət edən “New Horizons” kosmik gəmisi 7 avqust 2025-ci ildə başlayan 321 günlük fasilədən sonra yenidən fəaliyyətə başlayıb”.
“New Horizons” Yer kürəsindən təxminən 9,5 milyard kilometr məsafədədir və onun radio yayımı təxminən doqquz saat davam edib. Kosmik gəmi aktiv fəaliyyətini bərpa etdikcə, komanda onun təhlükəsizliyi barədə, ardınca isə elmi cihazlarından məlumatları ötürməyə başlayacaq.
Üç həftə ərzində kosmik gəminin spektroqrafı Plutonun xarici heliosferində hidrogen qazının paylanmasını öyrənməyə başlayacaq. Açıqlamaya görə, NASA komandası ilin sonuna qədər “New Horizons”un texniki xidmətini sadələşdirmək üçün təkmilləşdirmə işlərini başa çatdırmağı planlaşdırır.
“New Horizons” 19 yanvar 2006-cı ildə Florida ştatının Kanaveral burnundan “Atlas V” raketi ilə kosmosa buraxılıb. 2015-ci ilin yanvar və fevral aylarında kosmik gəmi Plutonu və onun ən böyük peyki olan Xaronu müşahidə etməyə başlayıb. 2025-ci ilin avqust ayında kosmik gəmi enerjiyə qənaət etmək və stansiyanın ömrünü uzatmaq üçün “qışlama” rejiminə keçmişdi.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

