Zelenski Ukrayna hökumətində dəyişikliklərin anonsunu verib
12.07.2026 [21:20]
Ukrayna siyasi strategiyasını dəyişir. Hər bir prioritet xarici siyasət sahəsi üçün əhəmiyyətli təcrübəyə malik, rəhbərlik səviyyəsində nə barədə razılığa gəldiyimizi və Ukrayna xalqının nə gözlədiyini anlaya bilən konkret bir şəxsimiz var.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədən ölkənin Baş naziri Yuliya Sviridenko ilə görüşdə bildirib.
“Bu sahələr arasında ən əhəmiyyətliləri ABŞ ilə “Patriot” istehsalı lisenziyaları və digər ikitərəfli təhlükəsizlik əməkdaşlığı haqqında müqavilələrimizdir ki, bu da ölkələrimizin və şirkətlərimizin Ukrayna və Amerikadakı aydın nailiyyətlərində əks olunmalıdır; bu onillikdə Avropanı gücləndirmək üçün ən əhəmiyyətli addımlardan biri ola biləcək Avropa antiballistik raket layihəsi; Ukraynanın üzvlüyünə doğru aydın irəliləyiş və bütün münasibətlərimizin - iqtisadi, siyasi və mədəni sahələrdə dərinləşməsini tələb edən Avropa İttifaqı; münasibətlərin yeni təmələ ehtiyacı olan Ukraynanın qonşu dövlətləri, xüsusən də Polşa və Macarıstan; qlobal təhlükəsizliyin ən perspektivli sahələrindən biri kimi Yaxın Şərq və Körfəz regionu; iqtisadi əməkdaşlıq; Çin və qlobal qərarlara təsir göstərən, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün daha çox şey edə bilən əsas beynəlxalq təşkilatlar”, - deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti vurğulayıb ki, eyni səylər daxili siyasətə də aiddir.
O, bununla bağlı deyib: “İndi qarşıda yeni çətinliklər var. Bu, Ukraynanın cəbhə xəttində və sərhəd bölgələrində aparılan bütün işlərin əhəmiyyətli dərəcədə intensivləşdirilməsini tələb edir və həmin ərazilər Rusiyanın gündəlik zərbələrinə məruz qalır. Ordumuza zəruri silahların, eləcə də bütün növ dronların tədarükünün artacağını gözləyirəm.
Qışa hazırlıq çox vacibdir və Ukrayna yarana biləcək bütün təhdidlərə hazır olmalıdır. Ukraynanın dayanıqlığının daha çox asılı olduğu dövlət şirkətlərinin sürətləndirilmiş transformasiyası olmalıdır. Ukraynanın tərəfdaşları ilə yenidənqurma müqavilələri də xüsusi diqqət tələb edir. Buna uyğun olaraq, yenilənmiş siyasi strategiyanın həyata keçirilməsini təmin etmək üçün Ukraynada kadr dəyişiklikləri başlayacaq. Təfərrüatları Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə müzakirə etdik. Bu dəyişiklikləri həyata keçirmək üçün Nazirlər Kabinetinin yenilənməsi qərara alındı. Yuliyaya Baş nazir kimi aydın, sabit və effektiv işinə, Ukrayna komandasında uzun illər səmərəli fəaliyyətinə və əsas tərəfdaşla yeni, əhəmiyyətli münasibətlər sahəsinə rəhbərlik etmək təklifinə görə minnətdaram. Parlament üzvləri ilə birlikdə Ukrayna hökumətində müvafiq dəyişikliklər edəcəyimizi gözləyirəm. Hüquq-mühafizə orqanlarının kadr təminatında da dəyişikliklər olacaq”.
Xəbər lenti
Hamısına baxSosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10

