Fransada 2026-cı ilin birinci yarısında şirkət müflisləşmələri rekord həddə çatıb
12.07.2026 [14:20]
2026-cı ilin birinci yarısında Fransada şirkət müflisləşmələrinin sayı rekord səviyyəyə yüksəlib. Məhkəmə nəzarəti, sağlamlaşdırma və ya ləğvetmə prosedurlarına cəlb olunan müəssisələrin sayı təxminən 37 minə çatıb. Məlumat Fransa Məhkəmə İnzibatçıları və Məhkəmə Nümayəndələri Milli Şurasının statistikası əsasında açıqlanıb.
AZƏRTAC xəbər verir ki, hesabata görə, müflisləşmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artıb. Bu göstərici 2025-ci ilin sonlarında müşahidə olunan nisbi sabitləşməyə baxmayaraq, Fransa iqtisadiyyatında struktur problemlərinin davam etdiyini göstərir.
Fransa Bankının qiymətləndirməsinə əsasən, mövcud vəziyyəti təkcə COVID-19 pandemiyasının gecikmiş təsirləri ilə izah etmək mümkün deyil. Müəssisələr Yaxın Şərqdəki geosiyasi gərginlik, enerji qiymətlərinin bahalaşması, xammal və gübrə xərclərinin artması kimi amillərin təzyiqi altında fəaliyyət göstərir. Hazırda 100 mindən çox iş yerinin risk altında olduğu bildirilir.
Ən çox zərərçəkənlər mikromüəssisələr olsa da, on nəfərdən artıq işçisi olan şirkətlər arasında da maliyyə çətinliklərinin artdığı qeyd olunur. Sənaye sektoru xüsusilə ağır vəziyyətdədir. Emal sənayesində müflisləşmələr bir il ərzində 8 faiz, pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə isə 47 faiz artıb.
Hotel-restoran, kənd təsərrüfatı və meşəçilik sahələrində də vəziyyət pisləşməkdə davam edir. Son iki sektorda müflisləşmələrin sayı ötən illə müqayisədə 60 faiz, 2019-cu illə müqayisədə isə 167 faiz artıb ki, bu da xüsusilə Fransa üzümçülük sektorunda davam edən problemləri əks etdirir.
Mövcud tendensiya ilin sonunadək davam edərsə, Fransada 2026-cı il ərzində müflisləşən şirkətlərin sayı 70 minə çata bilər. Bu göstərici 2008–2009-cu illərin qlobal maliyyə böhranı dövründə qeydə alınan ən yüksək səviyyəni də üstələyə bilər. Mütəxəssislər bunu zəif iqtisadi artım, yüksək istehsal xərcləri və beynəlxalq iqtisadi qeyri-müəyyənlik fonunda Fransa şirkətlərinin davam edən həssaslığı ilə əlaqələndirirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20

