Dünya enerji bazarında qiymət artımının yeni dalğası gözlənilir
13.07.2026 [11:10]
ABŞ-nin yenidən İranın Bəndər-Abbas, Əsəluyə, Çabahar və Körfəz sahilindəki digər şəhərlərini raket atəşinə tutması Hörmüz boğazının tamamilə bağlanması ilə nəticələnib. Bu dəfə ABŞ “Tomahawk” qanadlı raketdən istifadə edib ki, bunun da dağıdıcı gücü olduqca böyükdür.
AZƏRTAC xəbər verir ki, ötən 3 gün ərzində ABŞ-nin hərbi dəniz qüvvələrinin mühafizəsi ilə Hörmüz boğazından cəmi 22 gəmi keçib. Halbuki, hərbi əməliyyatlardan qabaq boğazdan gün ərzində 130 gəmi keçirdi. İran bombardmana cavab olaraq Küveyt, İordaniya, Qətər və Səudiyyə Ərəbistanı ərazilərində yerləşən ABŞ-nin hərbi bazalarına raket zərbələri endirib.
“The New York Times” qəzetinin məlumatına görə, zərbələrdən sonra dünya birjalarında neftin qiymətləri 5 faiz artıb. Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, nisbi sakitlik dövründə Yaxın Şərq ölkələrindən dünya bazarına 16 milyon barel neft ixrac edilib. Yay mövsümü ilə əlaqədar olaraq bazarda neftə tələbat azalsa da qiymətlər yüksəlib. Lakin hələlik bir barel neftin qiyməti 100 dollara çatmayıb. ABŞ və Avropa ölkələrində benzinin qiyməti hərbi əməliyyatlardan əvvəlki dövrlə müqayisədə 30 faiz artıb. Buna görə də ABŞ hərbi əməliyyatları davam etdirmək istəmir. Lakin məqsədlərinə də nail ola bilmir və vəziyyət gərgin olaraq qalır.
Körfəzdə gərginliyin artması ilə əlaqədar olaraq bu gün “Brent” markalı neftin 1 barelinin qiyməti 79, “Light” neftinin 75, “Azeri Light” neftinin 1 barelinin qiyməti isə 85 dollara civarındadır. Ötən həftə ilə müqayisədə qiymətlərdə 5 faiz artım müşahidə edilir.
Hazırda dünya enerji bazarında yeni qiymət artımı dalğasının başlanması gözlənilir. “Fortune” nəşri mütəxəssislərinin rəyinə istinadla yazır ki, neft qiymətləri 90 dollara kimi yüksələ bilər. Bunun birinci səbəbi Hörmüz boğazındakı gərginliyin bazarın təchizatına mənfi təsiridir, ikincisi isə dünya neft ehtiyatlarının sürətlə azalmasıdır. Həmçinin İranın dünya bazarına neft ixrac etməsinə tətbiq olunan qadağa və avqust ayının sonunda Çinin qışa hazırlıqla əlaqədar iri həcmdə neft almağa başlaması da səbəblərdəndir. Bütün bu amillər bazarda tələb və təklif tarazlığını pozur.
Lakin neft qiymətlərinin artması ABŞ-nin özündə də problemlər meydana çıxarır. Ölkədə yanacağın qiyməti bahalaşır ki, bu da digər istehlak mallarının və xidmətlərin qiymətlərinin artmasına gətirib çıxarır. İndi vəziyyətdə isə qiymət artımı noyabrda Konqresə keçiriləcək aralıq seçkilərində Prezident Donald Trampın “respublikaçılar” partiyasının xeyrinə işləmir. Odur ki, rəsmi Vaşinqton vəziyyətin daha da gərginləşməsini və Hörmüz boğazının uzun müddət bağlı qalmasını istəmir, vəziyyəti düzəltməyə cəhd edir. Bu cəhdin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.
Xəbər lenti
Hamısına baxİdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38

