/ / Parisdə Ukraynaya dəstək sammiti: “Könüllülər koalisiyası” NATO-nun ənənəvi modelini dəyişə bilər
Parisdə Ukraynaya dəstək sammiti: “Könüllülər koalisiyası” NATO-nun ənənəvi modelini dəyişə bilər
13.07.2026 [16:49]
Bu gün Paris Ukraynaya dəstək məqsədilə yaradılmış “Könüllülər koalisiyası”nın sammitinə ev sahibliyi edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin də iştirak etdiyi toplantı Avropanın Rusiya və ABŞ qarşısında daha müstəqil strateji mövqe formalaşdırmaq istəyinin növbəti göstəricisi kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, 37 ölkənin dövlət və hökumət başçılarının qatıldığı sammitdən bir gün sonra, iyulun 14-də Fransanın Milli Bayramı münasibətilə Yelisey çöllərində keçiriləcək hərbi parad da bu mesajı simvolik şəkildə əks etdirəcək. Paradın önündə “Könüllülər koalisiyası”na üzv ölkələrin 500 hərbçisi yürüş edəcək.
Koalisiyanın əsas məqsədi gələcəkdə mümkün atəşkəs əldə olunacağı təqdirdə Ukraynanın təhlükəsizlik təminatlarını gücləndirməkdir. Bununla yanaşı, bu təşəbbüs NATO daxilində gələcək “Avropa sütunu”nun formalaşmasının ilkin modeli kimi də qiymətləndirilir.
Artıq Fransa və Böyük Britaniyanın daimi birgə hərbi qərargahı fəaliyyət göstərir. Paris yaxınlığındakı Mon-Valeryən bazasında yerləşən bu qərargah indiyədək əsasən çoxmillətli hərbi əməliyyatların planlaşdırılması ilə məşğul olub. Bu isə NATO-da uzun illər ABŞ-nin rəhbərlik etdiyi planlaşdırma mexanizmindən fərqli yeni yanaşma hesab edilir.
Yelisey Sarayındakı mənbələrin bildirdiyinə görə, koalisiyanın bütün mümkün yerləşdirmə planları artıq hazırlanıb. Növbəti mərhələdə onların etibarlılığı quru, dəniz və hava qüvvələrinin iştirakı ilə keçiriləcək birgə təlimlər vasitəsilə yoxlanılacaq. Paris sammitində məhz bu təlimlərin təşkili və həyata keçirilməsi müzakirə olunacaq.
Toplantı çərçivəsində Ukrayna nümayəndələri ilə Avropa raketdən müdafiə sisteminin gələcək arxitekturası da müzakirə ediləcək. ABŞ Ukraynada “Patriot” zenit-raket kompleksləri üçün istehsal lisenziyalarının verilməsinə razılıq bildirib. Eyni zamanda, Avropanın vahid müdafiə qalxanına Fransa-İtaliya istehsalı olan Mamba sistemlərinin və Almaniyanın digər hava hücumundan müdafiə vasitələrinin inteqrasiyası da nəzərdən keçirilir.
İndiyədək Avropanın raketdən müdafiə sistemi əsasən NATO-nun ABŞ istehsalı olan AEGIS sistemlərinə əsaslanırdı. Parisdə keçirilən müzakirələr isə Avropanın müdafiə sahəsində daha müstəqil imkanlar yaratmaq istiqamətində atdığı yeni addım kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08

