Tovuz döyüşlərindən 6 il ötür
14.07.2026 [11:15]
Bu döyüşlər şanlı zəfərə aparan yolun əsas mərhələlərindən biri idi
Azərbaycanın şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərindən altı il ötür. Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun çirkin niyyətinin qarşısını sərt şəkildə aldı. Tovuz döyüşlərində Azərbaycan Ordusu tərəfindən düşmənə ağır zərbələr endirilib və xeyli canlı qüvvəsi, hərbi texnikası məhv edilib.
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutub, daha sonra hücuma keçməyə cəhd göstəriblər. Azərbaycan Ordusunun həyata keçirdiyi operativ cavab tədbirləri nəticəsində düşmənin planı iflasa uğrayıb. Qarşı tərəf ciddi itkilər verərək geri çəkilməyə məcbur olub, mövqelərimizi ələ keçirmək cəhdləri qətiyyətlə puça çıxarılıb. Döyüşlər zamanı Silahlı Qüvvələrimizin üç hərbi qulluqçusu şəhid olub, beş nəfər yaralanıb. Ermənistan ordusu isə canlı qüvvə baxımından çoxsaylı itkilərlə üzləşib.
2020-ci il iyulun 12-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Döyüşdə düşmənin hücumunun qarşısını alarkən Ordumuzun üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb. Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylı itki verib.
İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə Ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam kəndinə minaatanlardan yenidən atəş açıb. Düşmənin bu təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bölmələrimizin endirdiyi sarsıdıcı zərbələr nəticəsində düşmən xeyli itki verib.
İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə cəza tədbirləri görüblər. Təxribatı davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərən qarşı tərəfin bu niyyətinin də qarşısı alınıb. Düşmən itkiləri barədə məlumatları gizlədib. Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib. Döyüşlər zamanı dörd hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Ordusunun bölmələri şəhidlərimizin qanını yerdə qoymayıblar. Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutublar. Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirilib. Onun bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.
Şiddətli döyüşlər iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində davam edib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib. İki sutka ərzində qarşı tərəfə sarsıdıcı atəş zərbələri endirilib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı böyük itki verən düşmən geri çəkilib.
İyulun 14-də Ermənistan silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qoyub. Həmin gün döyüş zamanı müdafiənin ön xəttindəki Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də düşmən hücumunun qarşısını alarkən beş hərbi qulluqçumuz qəhrəmancasına şəhid olublar. Bu, Azərbaycan Ordusunun general və digər yüksək rütbəli zabitlərinin əsl vətənpərvərliyini, cəbhənin ön xəttində döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetməsini dünyaya nümayiş etdirib. Həmin gün bu istiqamətdə ağır döyüşlər gedib. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutub. Prezident, Ali Baş Komandan İlham Əliyev Tovuzda baş verən hadisələri Ermənistanın növbəti təxribatı adlandırıb və Azərbaycanın öz ərazi bütövlüyünü qoruyacağını qətiyyətlə ifadə edib.
Eyni gün düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edib. Azərbaycan Ordusu şəhidlərimizin qisasını tezliklə alıb. Həmişə olduğu kimi, bu dəfə də vəziyyət gərginləşdikdə qarşı tərəf dərhal yaşayış məntəqələrimizə atəş açmağa başlayıb. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində açdığı artilleriya atəşi nəticəsində rayonun Ağdam kəndinin sakini həlak olub. Ermənistan hərbi birləşmələrinə məxsus pilotsuz uçuş aparatı vurulduqdan sonra düşmənin atəş mövqeyindəki artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə yerlə-yeksan edilib. Həmçinin düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə onun artilleriya divizionunun idarəetmə məntəqəsi milli ordumuzun bölmələrinin dəqiq atəşi ilə sıradan çıxarılıb.
Bir gün sonra görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası və daha bir bölüyün dayaq məntəqəsi məhv edilib. Düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə edərək atəş açsa da, cavab atəşi ilə susdurulub. Tovuz rayonu istiqamətində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə məruz qoyan qarşı tərəfin bölmələrinin uzunmüddətli atəş nöqtələri və dayaq məntəqəsi yerlə-yeksan edilib.
Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib.
İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakin qarşı tərəf yenə cavab atəşi ilə susdurulub. İyulun 17-də isə Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edib.
Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb. Bu döyüşlərdə düşmənin isə 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikası sıradan çıxarılıb.
Tovuz döyüşlərində qazanılan üstünlük, nümayiş etdirilən qətiyyət və xalqla ordunun yaratdığı sarsılmaz birlik cəmi iki ay yarım sonra Azərbaycanın taleyini dəyişən tarixi hadisələrin əsasını təşkil etdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz işğal altında olan torpaqları azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində isə Qarabağda erməni separatizminə son qoyuldu, suverenliyimiz tam bərpa edildi. Bu tarixi Qələbələr Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazıldı.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49

