Milli Kitabxana və YAP Səbail rayon təşkilatı birgə tədbir təşkil edib
14.07.2026 [14:38]
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın Ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub. Çıxış edənlər 1969-cu il 14 iyul tarixinin Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olduğunu vurğulayıblar. Bildirilib ki, Ümummilli Liderin rəhbərliyi ilə respublikada sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və digər sahələrdə mühüm islahatlar həyata keçirilib, milli kadr potensialı formalaşdırılıb və müasir dövlətçilik ənənələrinin möhkəm təməli qoyulub.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək bildirib ki, 1969-cu il Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə ölkəmizin bütün sahələrində əsaslı dəyişikliklər baş verdi. Milli kadr hazırlığına xüsusi diqqət yetirildi, sənaye inkişaf etdirildi, elm, təhsil və mədəniyyət dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi.Məhz həmin dövrdə formalaşdırılan güclü dövlətçilik ənənələri Azərbaycanın müstəqillik illərində üzləşdiyi çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadı. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında öz mövqeyini daha da möhkəmləndirir.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövrü Azərbaycanın iqtisadi potensialının gücləndirilməsi ilə yadda qalıb. Sənayeləşmə, yeni istehsal müəssisələrinin yaradılması, yüksək ixtisaslı milli kadrların hazırlanması həmin siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev irsi Azərbaycanın dövlətçilik tarixinin ən qiymətli səhifələrindən biridir. Onun rəhbərliyi dövründə həyata keçirilən sosial siyasət insanların rifahının yüksəldilməsinə, şəhər və rayonların inkişafına, mədəni irsin qorunmasına və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edib.
Bu tarixi günün yad edilməsi gələcək nəsillərin dövlətçilik ənənələrinə sədaqət ruhunda yetişməsi baxımından böyük əhəmiyyət daşıyır.
M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev kitabxanaların, elmin və mədəniyyətin inkişafına daim xüsusi diqqət yetirən dövlət xadimi idi. Onun təşəbbüsü ilə Azərbaycanda kitabxana işi inkişaf etdirildi, mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atıldı. Milli Kitabxana bu gün də Ulu Öndərin zəngin irsinin təbliği, tarixi yaddaşımızın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində mühüm layihələr həyata keçirir.1969-cu il Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcıdır. Həmin tarixi dönüş nöqtəsini xatırlamaq və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Çıxışlarda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, belə tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli-mənəvi dəyərlərin təbliğinə və dövlətçilik ənənələrinin yaşadılmasına mühüm töhfə verir.
Sonda Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının ictimai-siyasi həyatında xüsusi fəallıq göstərmiş partiya üzvləri fəxri fərmanla təltif olunmuşdur və Yeni Azərbaycan Partiyasının himni səsləndirilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43

