Azərbaycan Avropa təsisatları ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır...
17.07.2026 [11:22]
İlham Əliyev: Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil!
Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət statusunda çıxış edən, qlobal nizamın yeni və ən fəal aktorlarından biri kimi artıq orta güc statusu qazanan Azərbaycan özünün çoxşaxəli xarici siyasət strategiyası ilə seçilir. Bu siyasi kurs həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasını müəyyənləşdirir. Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində yer alması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir.
Qeyd edək ki, Azərbaycanın Avropa kontingenti ilə əlaqələri də çoxşaxəli və dinamik əməkdaşlığa əsaslanır. Son illərdə Azərbaycanın siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə Avropa ilə münasibətləri qarşılıqlı maraqlara əsaslanaraq daha da dərinləşib. Bu münasibətlər bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri üzərində formalaşıb. Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan etibarlı tərəfdaşdır - yeni nizama uyğun siyasi dialoqun formalaşması əlaqələri yeni bir məcraya daşıyıb. Bu gün Azərbaycan - Avropa münasibətləri qarşılıqlı maraqların uzlaşdığı, regionda sülh, sabitlik və inkişafın təmininə yönəlmiş strateji tərəfdaşlıq modelinə çevrilib.
Borrell Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı...
Bu gün Avropa təsisatları ilə Azərbaycan arasındakı münasibətlər əvvəlki dövrlərdən fərqlənir - bu, məhz həmin təsisatların Cənubi Qafqaza yanaşmasında, Azərbaycana yönəlik siyasətdə yaranan fərqlərdən irəli gəlir. Əgər bir müddət öncə Avropanın bir sıra təsistatları erməni işğalına haqq qazandırmaq, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etməsinə qısqanc münasibət göstərmək, xüsusilə də, ölkəmizə qarşı cinayətlər törədən bəzi şəxslərin azadlığa buraxılması kimi absurd iddialar irəli sürmək üzərindən Azərbaycana qarşı təzyiq göstərmək istəyirdilərsə və bəzi diplomatlar da - xüsusilə, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borell bu məsələdə xüsusi rol oynayırdılarsa, artıq vəziyyət dəyişib. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib ki, Azərbaycanın Avropa təsisatları ilə münasibətlərində böyük fərq var. Avropa Komissiyası ilə əvvəlki Komissiya zamanı, xüsusən də Avropa diplomatiyasının əvvəlki rəhbəri cənab Borrelin dağıdıcı rolu səbəbindən asan vaxtlarımız olmayıb: “O, əslində, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı. İndi isə səbəbi məlumdur, çünki o, korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru cənab Okampo ilə qəti şəkildə əlbir olmuşdur. Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı. Bununla belə, cənab Okampoya pul hazırda Ermənistanda ev dustaqlığında olan rus-erməni oliqarxından gəlirdi.
Bir sözlə, bu, Avropa Komissiyasında mövcud olmuş anti-Azərbaycan qrupunun uzun zənciridir. Yaxşı haldır ki, cənab Borrel hazırda siyasətdə deyil. Ümid edirik, əbədi gedib”.
Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı...
Bəli, artıq situasiya dəyişib. Bu ayın əvvəlində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin yeni ştrixlərini ortaya çıxardı. Təsadüfi deyildi ki, Fon der Lyayen Bakıda keçirdiyi mətbuat konfransında bildirdi ki, Avropa İttifaqı bu regionun parlaq gələcəyinə inanır: “Beləliklə gəlin, dinc Cənubi Qafqaz naminə, Avropaya, Xəzər regionuna və Mərkəzi Asiyaya bağlantısı olan Cənubi Qafqaz naminə, aramızdakı həmişəkindən daha güclü tərəfdaşlıq naminə birlikdə çalışaq”.
Avropa Komissiyasının Bakıya, Prezident İlham Əliyevə xitabən səsləndirliyi bu müraciətin altında uzun illərə söykənən bir sıra məsələlər toplanır:
- Avropa Komissiyası Prezident İlham Əliyevin yürütdüyü siyasətin düzgün olduğunu, gələcək, hətta qlobal inkişafa yönəldiyini, qitələrarası münasibətlərin sistemləşdirilməsində nümunəvi olduğunu bir daha təsdiqləyir:
- Avropa kontingenti Azərbaycanın bölgədə formalaşdırdığı yeni situasiyanın birləşdirici funksionallıq daşıdığını etiraf edir.
Bu, eyni zamanda Avropa Komissiyasının əvvəlki mövqeyinin yanlış olduğunun etirafı idi- yeni dövrdə münasibətlər daha praqmatik xarakter daşımalıdır. Dövlət başçısı Şuşada keçirilən Qlobal Media Forumunda bildirib ki, yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı: “Bu, xüsusən də əlaqələrin yenidən baxılması üçün qarşılıqlı böyük marağı gördüyümüzdən sonra baş verdi və biz bunları dəstəklədik. Sizə sadəcə deyə bilərəm ki, bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana gəldilər.
Onların və mənim ictimaiyyətə açıqlamalarımızda hər kəs iki tərəfin əməkdaşlıq səviyyəsindən razı qaldıqlarını görə bilər. Təsvir etdiyiniz tərəfdaşlıq sahələri, əlbəttə, nəinki ikitərəfli, o cümlədən daha geniş çərçivə üçün vacibdir”.
Bu, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi
Bütün bunlarla yanaşı, bəzi təşkilatlar - məsələn, AŞPA özünün fərqli standartlara söykənən mövqeyi, qərəzli və ədalətsiz qərarları ilə özünün elan etdiyi dəyərləri pozmaqdadır. Qeyd edək ki, Azərbaycan 2001-ci ildən AŞPA-nın üzvüdür. Vətən müharibəsinə qədərki ötən 20 il ərzində (2001-2020) isə Ermənistan regionda açıq təcavüzkar və işğalçı siyasət yürüdüb. Bir milyona yaxın azərbaycanlının fundamental hüquqları pozulub, öz doğma yurdunda, öz evində yaşamaq hüququ əlindən alınıb. Minlərlə günahsız insan milli mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirilib, işğal olunmuş torpaqlarımızda etnik təmizləmə aparılıb. Beləliklə, Azərbaycan 20 il ərzində baş verənlərin aradan qaldırılması, ədalətin bərpası üçün AŞPA müstəvisində aktiv müzakrələrin təşkilinə və ya həllinə nail ola bilmədi - qurum bu məsələlərlə məşğul olmadığını və Ermənistan-Azərbaycan münaqişəsinin yalnız ATƏT çərçivəsində müzakirə oluna biləcəyini israr etdi. İndiki halda isə Azərbaycana qarşı iddiaların əsasında separatizmdən xilas edilmiş Qarabağ üzərindən yeni manipulyasiyalar həyata keçirilir ki, bu da regionda formalaşan yeni sülh prosesinə mane olmaq niyyətindən qaynaqlanır. Halbuki ötən dövrdə Ermənistan bir dəfə də olsun AŞPA-nın hər hansı bir sanksiyası ilə qarşılaşmamışdı. Amma 2023-cü ildə baş tutan antiterror tədbirlərinin ardından AŞPA özünün əsl simasını ortaya qoydu - esparatizmi dəstəkləməkdlə, qeyri-hüquqi mövqe nümayiş etdirməklə bu təşkilat heç də beynəlxalq hüququ və ədaləti dəstəkləmədiyini ortaya qoydu. Azərbaycanın nümayəndə heyətinin səs hüququnu məhdudlaşdırmaqla bağlı Avropa Şurası Parlament Assambleyasının qərarına etiraz olaraq Azərbaycan nümayəndə heyəti 2024-cü il yanvarın 24-də qurumdakı fəaliyyətini və əməkdaşlığını qeyri-müəyyən müddətə dayandırdığını rəsmən bəyan edib. Prezident İlham Əliyev IV Qlobal Media Forumunda bildirib ki, 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik: “2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?”
AŞPA-dan Azərbaycana qarşı çox müəmmalı və ultimatum formasında bəzi tələblər var ki, onlar tamamilə qəbuledilməzdir
Azərbaycan hətta Avropa Şurası üzvlüyündən çıxmağı da ciddi şəkildə nəzərdən keçirir. Yeni siyasi münasibətlər sistemində mühüm yer tutan Azərbaycan özünün geostrateji qərarları və müdrik addımları ilə kontingentilərarası əlaqələrini möhkəmləndirib. Bu gün Azərbaycanın AŞ-ya deyil, AŞ-nın Azərbayana ehtiyacı var. Bakı qlobal təhlükəsizliyə verdiyi töhfələri, ədalətli yanaşması, bəzi münaqişələrin həllində uğurlu vasitəçilik missiyası, Şərq-Qərb kontentinin arasında əsas təmas nöqtəsi kimi mühüm bir status qazanıb. Yeni dövrdə AŞ-nın və ya onun Parlament Assambleyasının hansısa ədalətsiz qərarlarının bizim müstəqil siyasətimizə hər hansı bir təsiri ola bilməz. Bununla belə, hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycan bir daha bu təşkilatın öz qərarlarını və mövqeiyni yenidən dəyərləndirməyə çağırır. Prezident İlham Əliyev bildirib ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq: “Lakin Avropa Şurasının Baş katibi cənab Alen Berse mənə yaxınlaşaraq bunu etməməyi xahiş etdi ki, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılsın və mən bunu hələlik dayandırdım. Lakin əfsuslar ki, həmin vaxtdan etibarən heç nə baş vermir. AŞPA-dan Azərbaycana qarşı çox müəmmalı və ultimatum formasında bəzi tələblər var ki, onlar tamamilə qəbuledilməzdir. Əlaqələri biz pozmamışıq, onlar pozublar. Onlar bizi hər hansı legitim əsas olmadan səsvermə hüququndan məhrum etdilər. Belə olan halda nə edilməlidir? Onlar Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər və ondan sonra Azərbaycanın nümayəndə heyəti qayıdacaq. Bu, dəqiqliklə dediyim kimi olmalıdır, əksinə olmalı deyil!
Biz onlara qarşı heç bir səhv addım atmamışıq. Həmin ədalətsiz hərəkəti onlar ediblər və buna görə onlar da cəsarət tapıb geriyə çəkilməlidirlər, böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Bilirsiniz, mən məsələ ilə bağlı öz fikrimi dəfələrlə bildirmişəm. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu hətta heç kəs hiss etməyəcək. Yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30

