AI uğrunda yeni mübarizə başlayır: Çin oyunun qaydalarını dəyişmək istəyir
17.07.2026 [19:28]
Süni intellekt sahəsində yarış artıq təkcə daha ağıllı çatbot hazırlamaq uğrunda getmir. Əsas mübarizə bundan sonra bu texnologiyanın gələcəyini kimin formalaşdıracağı və qlobal qaydaları kimin müəyyənləşdirəcəyi uğrunda aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu baxımdan son günlərin ən diqqətçəkən hadisələrindən biri Şanxaydan verilən mesaj oldu. İlk baxışda bu, adi texnologiya konfransı təsiri bağışlasa da, səsləndirilən təşəbbüslər süni intellekt sahəsində qüvvələr balansını dəyişə biləcək iddialardan xəbər verir.
İyulun 17-də Şanxayda işə başlayan Dünya Süni İntellekt Konfransında (WAIC) Çin Xalq Respublikasının Sədri Si Cinpin süni intellektin qlobal idarəçiliyinə dair rəsmi Pekinin baxışını açıqlayıb. O bildirib ki, süni intellekt heç bir ölkənin inhisarında olmamalı, onun inkişafı beynəlxalq əməkdaşlıq, açıq mənbəli texnologiyalar və hamı üçün bərabər imkanlar prinsiplərinə əsaslanmalıdır.
Konfrans ərəfəsində daha bir mühüm hadisə baş verib. 29 ölkənin iştirakı ilə Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının Təsis Edilməsi haqqında Saziş imzalanıb. Yeni təşkilatın məqsədi süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək, qlobal idarəetmə mexanizmlərinin formalaşdırılmasına töhfə vermək və inkişaf etməkdə olan ölkələrin bu texnologiyalara çıxışını asanlaşdırmaqdır.
Si Cinpin çıxışında Çin tərəfindən növbəti beş il ərzində inkişaf etməkdə olan ölkələr üçün minlərlə AI təlim proqramının təşkil ediləcəyini, müxtəlif regionlarla əməkdaşlıq mərkəzlərinin yaradılacağını və açıq mənbəli süni intellekt modellərinin inkişafının dəstəklənəcəyini də açıqlayıb.
Bəs bu, adi insanlar üçün nə deməkdir?
Sadə dillə desək, Çin istəyir ki, gələcəkdə süni intellektdən istifadə edən ölkələr, şirkətlər və proqramçılar yalnız ABŞ texnologiyalarına deyil, Çin tərəfindən yaradılan platforma, modellər və standartlara da üstünlük versinlər.
Başqa sözlə, necə ki, bu gün internetdə Apple və Android ekosistemləri arasında rəqabət mövcuddur, yaxın illərdə süni intellekt sahəsində də ABŞ və Çin mərkəzli iki böyük texnologiya ekosisteminin formalaşması mümkündür.
Çin bununla yanaşı, yüksək məhsuldarlıqlı AI çipləri, məlumat mərkəzləri və açıq mənbəli modellər hesabına xarici texnologiyalardan asılılığı azaltmağa çalışır. Şanxay konfransında Huawei ABŞ texnologiyalarından asılı olmayan yeni Atlas 950 SuperPoD süni intellekt hesablama sistemini də nümayiş etdirib.
Bir çox analitik hesab edir ki, Şanxayda verilən mesaj təkcə yeni texnologiyaların təqdimatı deyil. Bu, süni intellekt sahəsində qlobal liderlik, beynəlxalq standartlar və rəqəmsal iqtisadiyyat uğrunda uzunmüddətli geosiyasi rəqabətin yeni mərhələsinin başladığını göstərən ən mühüm siqnallardan biridir.
İndi əsas sual budur: gələcəyin süni intellekt qaydalarını kim müəyyənləşdirəcək?
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

