Azərbaycan–Almaniya əməkdaşlığında yeni strateji mərhələ
27.07.2026 [12:00]
Səyyad Mirzəyev,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20–21 iyul 2026-cı il tarixlərində Almaniya Federativ Respublikasına rəsmi səfəri ölkəmizin Avropa istiqamətində həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti mühüm təzahürüdür. Berlin şəhərində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər yeni strateji inkişaf mərhələsinə qədəm qoyur. Səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlığın Strateji Gündəliyi haqqında Birgə Bəyannamə"nin imzalanması münasibətlərin gələcək inkişafı üçün möhkəm siyasi-hüquqi baza yaratdı.
Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlərdə bildirdi ki, Azərbaycan Almaniya ilə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Dövlət başçısı mətbuata bəyanatında vurğuladı: "Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafı üçün çox yaxşı perspektivlər var. Bu gün imzalanmış Strateji Gündəliyə dair Birgə Bəyannamə gələcək əməkdaşlığımız üçün yol xəritəsidir." Bu fikir təsdiq edir ki, münasibətlər artıq yalnız iqtisadi və ticarət sahələri ilə məhdudlaşmır, siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, logistika, innovasiya və sənaye əməkdaşlığı kimi istiqamətləri də əhatə edən kompleks tərəfdaşlığa çevrilir.
Səfərin əsas istiqamətlərindən biri enerji əməkdaşlığı oldu. Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha diqqətə çatdıraraq qeyd etdi ki,
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir və etibarlı tərəfdaş kimi tanınır. Son illərdə Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcminin artması, Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti və yaşıl enerji layihələrinin genişlənməsi Almaniyanın da ölkəmizlə əməkdaşlığa marağını artıran əsas amillərdəndir. Xəzər dənizinin bərpa olunan enerji potensialının Avropa bazarına çıxarılması istiqamətində həyata keçirilən layihələr bu əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirir. Berlin danışıqlarında Orta Dəhlizin inkişafı da xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev Azərbaycanın Şərqlə Qərb arasında etibarlı nəqliyyat və logistika mərkəzinə çevrildiyini vurğulayaraq bu marşrutun Avrasiya iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynadığını bildirdi. Almaniyanın bu layihəyə maraq göstərməsi Avropa ilə Asiya arasında yükdaşımaların sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Regional təhlükəsizlik və Cənubi Qafqazda sülh prosesinin gələcəyi də görüşlərin əsas mövzularından biri oldu. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını qeyd edərək bildirdi ki, regionda uzunmüddətli sabitlik yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında mümkündür. Almaniya Kansleri Fridrix Merts də Azərbaycanın Ermənistanla sülh prosesində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirərək Almaniyanın bu prosesi dəstəkləməyə hazır olduğunu ifadə etdi.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşü də xüsusi əhəmiyyət daşıdı. Alman şirkətlərinin Azərbaycanda sənaye, yüksək texnologiyalar, logistika, nəqliyyat və yaşıl iqtisadiyyat sahələrinə investisiya yatırmaq imkanları müzakirə edildi. Bu görüşlər ölkəmizin əlverişli investisiya mühitinə olan beynəlxalq etimadın daha bir göstəricisidir.Prezident İlham Əliyevin Berlin səfəri bir daha nümayiş etdirdi ki, Azərbaycan müstəqil və balanslaşdırılmış xarici siyasəti nəticəsində Avropanın etibarlı tərəfdaşına çevrilib. Qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan–Almaniya münasibətləri bundan sonra da yeni məzmun qazanacaq, iqtisadi, siyasi və humanitar əlaqələr daha da genişlənəcək. Almaniyaya rəsmi səfərin yekunları göstərir ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində artan nüfuzu, enerji və nəqliyyat layihələrində oynadığı strateji rol, həmçinin regional sülh və əməkdaşlığa verdiyi töhfələrlə Avropanın mühüm tərəfdaşlarından biri kimi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin bu səfəri ölkəmizin milli maraqlarına xidmət edən uğurlu diplomatiyanın növbəti parlaq nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

