Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin məzunları üçün işə qəbul müsahibəsi təşkil olunub

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin məzunları üçün işə qəbul müsahibəsi təşkil olunub

05.08.2026 [13:45]

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsi və Karyera və məşğulluq mərkəzinin birgə təşəbbüsü ilə “AZROKSAN” şirkətinin nümayəndələri ilə fakültənin məzunlarının görüşü təşkil olunub.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi məzunların ixtisaslarına uyğun iş imkanlarının artırılması, onların əmək bazarına uğurlu inteqrasiyası və universitet-sənaye əməkdaşlığının daha da möhkəmləndirilməsidir.

Görüş çərçivəsində məzunlarla onların ixtisas istiqamətlərinə uyğun fərdi işə qəbul müsahibələri keçirilib. Namizədlərin böyük əksəriyyəti seçim mərhələsini uğurla keçərək şirkət nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. “AZROKSAN” şirkətinin nümayəndələri müsahibələr zamanı məzunların nəzəri biliklərini, praktik hazırlıq səviyyəsini və peşə bacarıqlarını yüksək qiymətləndiriblər. Şirkət təmsilçiləri AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsində hazırlanan mütəxəssislərin müdafiə sənayesinin tələblərinə cavab verdiyini və onların gələcək karyeraları üçün yüksək potensiala malik olduqlarını qeyd ediblər.

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31