Vətənlə bağları möhkəmləndirən layihə
06.08.2026 [09:05]
Diaspor gənclərini birləşdirən düşərgə...
Müasir dövrdə dövlətlərin gücü təkcə iqtisadi və hərbi imkanları ilə deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşları ilə qurduğu möhkəm əlaqələrlə ölçülür. Bu baxımdan diaspor siyasəti Azərbaycanın maraqlarının qorunmasında mühüm istiqamətlərdən biridir. Hər il təşkil olunan Diaspor Gənclərinin Yay Düşərgəsi də bu siyasətin uğurlu layihələrindən biri kimi diqqət çəkir. Bu il keçirilən VII Diaspor Gənclərinin Yay Düşərgəsi müxtəlif ölkələrdən gələn azərbaycanlı gəncləri bir araya gətirərək onların Vətənlə bağlarını daha da gücləndirdi.
Düşərgə iştirakçıları Azərbaycanın tarixi, mədəniyyəti, dövlətçilik ənənələri və müasir inkişafı ilə bağlı geniş məlumat əldə edirlər. Onlar işğaldan azad edilmiş ərazilərə səfərlər edir, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olurlar. Bu səfərlər xaricdə yaşayan gənclərin ölkədə baş verən dəyişiklikləri öz gözləri ilə görməsinə imkan yaradır. .
Diaspor gənclərinin bir araya gəlməsi müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı icmalar arasında əməkdaşlığın genişlənməsinə də töhfə verir. Burada yaranan əlaqələr gələcəkdə ortaq layihələrin həyata keçirilməsinə, mədəni tədbirlərin təşkilinə və beynəlxalq platformalarda daha sıx əməkdaşlığa zəmin yaradır. Bu isə Azərbaycan diasporunun daha mütəşəkkil və təsirli fəaliyyət göstərməsinə kömək edir.
Belə layihələr gənclərdə milli mənsubiyyət hissini gücləndirir. Xaricdə doğulub boya-başa çatan və ya uzun illər Azərbaycandan kənarda yaşayan gənclər bu düşərgə vasitəsilə öz köklərinə daha yaxından bağlanırlar. Ana dilinə, milli-mənəvi dəyərlərə və Azərbaycan mədəniyyətinə maraq artır. Bu isə milli irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Avqustun 8-nə qədər Şərqi Zəngəzur iqtisadi rayonunda “Dirçələn şəhərlər” şüarı ilə Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi keçirilir. Avqustun 2-dən etibarən başlayan düşərgədə iştirak etmək üçün dünyanın 64 ölkəsindən 123 azərbaycanlı gənc və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri ölkəmizə gəliblər. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan düşərgə Komitənin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Proqram çərçivəsində gənclərə Heydər Əliyevin dövlət quruculuğu, milli birliyin möhkəmləndirilməsi və diaspor siyasətinin formalaşdırılması istiqamətində xidmətləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlərin qəhrəmanlığı, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və postmüharibə dövründə ölkənin inkişaf prioritetləri barədə məlumat verilib.
Azərbaycan həqiqətlərini dünyaya çatdıran gənclər
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Zəngilanda keçirilən Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin açılışı zamanı söyləyib ki, xaricdə yaşayan azərbaycanlı gənclər Azərbaycan həqiqətlərinin təbliğində mühüm rol oynayırlar.
O, xaricdə yaşayan azərbaycanlı gənclərin Azərbaycan həqiqətlərinin təbliğində və ölkəyə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı mübarizədə fəal rol oynamalı olduqlarını bildirərək deyib: “Azərbaycanın yerləşdiyi coğrafiya daim müxtəlif çağırışlarla üz-üzədir və bu səbəbdən gənclər ölkəyə qarşı yönələn təhdidlərə, yanlış məlumatlandırma cəhdlərinə qarşı hazır olmalıdırlar”.
Fuad Muradov diaspor gənclərinin əsas vəzifələrindən birinin Azərbaycanın haqq səsini yaşadıqları ölkələrdə layiqincə çatdırmaq, ölkəmiz haqqında obyektiv məlumatların yayılmasına töhfə vermək olduğunu vurğulayıb.
Builki düşərgəyə Avropada yaşayan gənclərimiz böyük maraq göstəriblər
Muradov bildirib ki, builki düşərgəyə dünyanın 64 ölkəsindən 120-dən artıq iştirakçı qatılıb: “Bu il düşərgədə iştirak üçün təxminən 700 müraciət daxil olub. Müraciətlərin əsas hissəsi xaricdə yaşayan gənclərimiz tərəfindən edilib. Fərqləndirici məqamlardan biri Avropada yaşayan gənclərimizin böyük maraq göstərmələri olub. Eyni zamanda, əvvəllər heç zaman yay düşərgəsində təmsil olunmayan ölkələrdən gənclər də bu layihəyə qoşulublar. İştirakçıların böyük əksəriyyəti ali təhsillidir. Biz istəyirik ki, həm səviyyə, həm də iştirak baxımından düşərgəmizdə hər zaman müxtəliflik təmin olunsun. İnanıram ki, bu düşərgənin gələcəkdə ən mühüm nəticələrindən biri Azərbaycan dövlətinin maraqlarının və həyata keçirdiyi layihələrin reallaşdırılmasında gənclərimizin fəal iştirak etmələri olacaq.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında salınacaq bütün yaşayış məntəqələri dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılıb və biz gündəlik fəaliyyətimizi də məhz bu prinsiplərə uyğun şəkildə həyata keçiririk”.
Məskunlaşma sürətlə davam edir
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev düşərgədə çıxışı zamanı bildirib ki, artıq Cəbrayıl və Zəngilan şəhərlərinə, eləcə də Horovlu, Şükürbəyli, Ağalı və Məmmədbəyli kəndlərinə sakinlərin köçü təmin olunub: “Hazırda Zəngilan və Cəbrayıl şəhərlərində məskunlaşma prosesi davam edir. Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində, Qubadlı şəhərində, eləcə də digər kənd və qəsəbələrdə tikinti, yenidənqurma layihələri intensiv şəkildə icra olunur.
Artıq həmin ərazilərdə minlərlə insan yaşayır, firavan həyat qurur və müxtəlif sahələrdə fəaliyyət göstərərək regionun sosial-iqtisadi inkişafına öz töhfəsini verir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22

