Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Canadian Open”də favorit tennisçilər mübarizəni erkən dayandırıblar

“Canadian Open”də favorit tennisçilər mübarizəni erkən dayandırıblar

06.08.2026 [15:54]

Kanadanın Monreal şəhərində keçirilən ATP Masters seriyalı “Canadian Open”də ikinci turun oyunları başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışın bir nömrəli favoriti, Almaniya təmsilçisi Aleksander Zverev turnirlə erkən vidalaşıb. O, ilk görüşündə Niderland tennisçisi Tallon Qrikspora 1:2 (7:6, 2:6, 4:6) hesabı ilə məğlub olub. Uimbldondan sonra ilk rəsmi qarşılaşmasına çıxan Zverev yalnız birinci setdə üstünlük qazana bilib.

İkinci turda mübarizəni dayandıran digər tanınmış tennisçi isə rusiyalı Daniil Medvedev olub. O, Niderland təmsilçisi Botik van de Zandsxulpa hər iki setdə məğlub olaraq 0:2 (3:6, 6:7) hesabı ilə turnirlə vidalaşıb.

Vaşinqtondakı turnirin qalibi Teylor Frists də Kanadada uğursuz çıxış edib. ABŞ tennisçisi argentinalı Tiaqo Aqustin Tiranteyə 0:2 (5:7, 3:6) hesabı ilə uduzub.

Əsas mərhələyə təsnifat oyunlarından yüksələn yunanıstanlı Stefanos Tsitsipas da növbəti mərhələyə adlaya bilməyib. Keçmiş dünya üçüncüsü braziliyalı Joao Fonsekaya 0:2 (6:7, 5:7) hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30