Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

10.08.2026 [16:22]

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızının meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
Baxılıb: 335 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30