Türkiyədə BMT-nin iqlim diplomatiyası təcrübədən keçiriləcək
26.08.2026 [23:39]
Türkiyənin COP31-ə ev sahibliyi çərçivəsində avqustun 27–dən sentyabrın 1-dək İstanbulun Demokratiya və Azadlıqlar adasında “NextGenCOP30.5: İqlim Zirvəsi və Gənclər Diplomatiyası Simulyasiyası” proqramı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Cemre Fondu və İstanbul Texniki Universitetinin əməkdaşlığı ilə təşkil olunan tədbirdə 200 gənc iştirak edəcək. Proqramın açılışını avqustun 28-də COP31 Sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum edəcək.
Oxford və Kembric kimi nüfuzlu universitetlərin tələbələrinin də iştirak edəcəyi proqram çərçivəsində gənclər iqlim maliyyələşməsi və buna uyğunlaşma kimi məsələlər üzrə danışıqlar aparacaqlar. Onlar BMT-nin iqlim diplomatiyası prosesini praktiki şəkildə təcrübədən keçirərək, yekunda “Antalya Sazişi” adlı sənəd hazırlayacaq və qəbul edəcəklər.
Tədbir çərçivəsində “Mavi zona” və “Yaşıl zona” fəaliyyətləri təşkil olunacaq. İqlimyönümlü 10 startap layihələrini nümayiş etdirəcək.
Proqramda Türkiyənin “Sıfır Tullantı” yanaşmasına uyğun olaraq birdəfəlik plastikdən istifadəyə qadağa tətbiq ediləcək, rəqəmsal sənədlərdən istifadə olunacaq və iştirakçıların yaxa kartları toxumlu kağızdan hazırlanacaq.
Avqustun 31-də bağlanış mərasimindən sonra qlobal istiləşmənin 1,5 dərəcə həddinə diqqət çəkmək məqsədilə adada “1,5 dərəcə isti hədəfini yaxın tut” şüarı ilə məşəlli yürüş keçiriləcək.
Qeyd edək ki, Türkiyənin ev sahibliyi edəcəyi COP31 noyabrın 9–dan 20-dək Antalyada keçiriləcək. “NextGenCOP30.5” proqramının əsas məqsədi gənclərin iqlim diplomatiyasında yalnız iştirakçı deyil, həm də fikir irəli sürən, danışıqlar aparan, konsensus axtaran və həll yolları təklif edən fəal tərəf kimi iştirakını gücləndirməkdir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58

