Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

27.08.2026 [12:17]

İngiltərəli aktyor Tim Karri 80 yaşında vəfat edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, aktyor daha çox 1975-ci ildə ekranlara çıxan və sonradan kult filmə çevrilən “The Rocky Horror Picture Show” müziklində canlandırdığı “Frenk-N-Ferter” obrazı ilə tanınıb. Karri bu rolu filmdən əvvəl teatr səhnəsində də ifa edib. 1946-cı ildə Uorrinqtonda anadan olan aktyor peşəkar karyerasına 1968-ci ildə Londonda səhnələşdirilən “Hair” rok-müziklində başlayıb. 1973-cü ildə isə Riçard O’Brayenin yeni müziklində doktor “Frenk-N-Ferret” roluna seçilib.

Tim Karri, həmçinin Stiven Kinqin “It” əsərinin 1990-cı il televiziya adaptasiyasında qorxunc kloun Pennivayz obrazını canlandırıb. Aktyor Brodveydəki fəaliyyətinə görə üç dəfə “Tony” mükafatına namizəd göstərilib.

Paylaş:
Baxılıb: 273 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30