Bişkek Səfəri: Regionun Gələcəyini Müəyyən Edən Strateji Diplomatiya
01.09.2026 [15:09]
Dövrümüzün sürətlə dəyişən geopolitik mənzərəsi fonunda Azərbaycanın formalaşdırdığı xarici siyasət strategiyası təkcə milli maraqlarımızın etibarlı müdafiəsini təmin etmir, eyni zamanda geniş bir coğrafiyada davamlı sülhün, iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas zəmanətçisi kimi çıxış edir. Prezident cənab İlham Əliyevin avqustun 31-də Qırğızıstana başlayan işgüzar səfəri, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində keçirilən yüksəksəviyyəli ikitərəfli görüşlər və 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirakı rəsmi Bakının regional və qlobal miqyasdakı həlledici rolunu bir daha nümayış etdirdi.
Azərbaycanın ŞƏT ilə inkişaf edən münasibətləri rəsmi Bakının çoxşaxəli və balanslaşdırılmış xarici siyasət strategiyasının mühüm tərkib hissəsidir. Dünya əhalisinin və istehlak bazarının böyük bir hissəsini, zəngin resursları və Avrasiyanın əsas quru nəqliyyat marşrutlarını bir araya gətirən ŞƏT platformasında ölkəmizin fəal mövqeyi xüsusi çəkiyə malikdir. Ölkəmiz dialoq tərəfdaşı statusunda "ŞƏT plyus" formatında yaxından iştirak edərək, təşkilata üzv və tərəfdaş dövlətlərlə iqtisadiyyat, logistika və təhlükəsizlik sahələrində institusional əməkdaşlığı ardıcıl olaraq genişləndirir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın Avrasiyanın əsas tranzit mərkəzinə çevrilməsi ŞƏT məkanı ilə nəqliyyat-logistika bağlantılarını daha da strateji müstəviyə qaldırır.
Avqustun 31-dən başlayan bu sıx diplomatiya qrafikində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 6-cı Dünya Köçəri Oyunlarının açılışında iştirakı köçəri sivilizasiyasının mədəni irsinə, xalqlararası birlik və həmrəylik dəyərlərinə verdiyimiz ali diqqətin təzahürü oldu. Sentyabrın 6-dək davam edəcək bu beynəlxalq platforma milli kimliyimizin və qədim irsimizin qorunması ilə yanaşı, mədəni diplomatiyamızın gücünü bəyan edir.
Səfərin ilk günündə reallaşan ən mühüm təmaslardan biri — Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilən ikitərəfli görüş regional sülh gündəliyinin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqlədi. Vaşinqton Zirvəsində ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasından sonra aparılan bu müzakirələr sülhün artıq bəyanatlardan çıxaraq konkret iqtisadi dividendlər müstəvisinə keçdiyini göstərdi. Azərbaycan neft məhsullarının Ermənistana ixracı, taxıl və digər strateji əmtəələrin ərazimizdən tranziti, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) boyunca bağlantı layihələrinin praktiki icrası Cənubi Qafqazda yeni ticarət-logistika reallığı formalaşdırır. Sərhədlərin delimitasiyası üzrə komissiyaların fəaliyyəti və birbaşa dialoq mexanizminin dəstəklənməsi rəsmi Bakının sülh modelinin alternativsizliyini sübut edir.
Həmin gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə aparılan müzakirələr isə Türk dünyasının iqtisadi və nəqliyyat müttəfiqliyi baxımından xüsusi çəkiyə malikdir. Qazaxıstanda yeni parlamentə — Qurultaya keçirilən ilk seçkilər münasibətilə çatdırılan təbriklər fonunda, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması və növbəti Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitinin Bakıda keçiriləcəyinin vurğulanması Azərbaycanın Avrasiyanın əsas nəqliyyat və diplomatik qovşağı kimi mövqeyini daha da möhkəmləndirir.
Avqustun 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşdə isə dövlətimizin prinsipial, humanist və konstruktiv qonşuluq siyasəti ön plana çıxdı. İranın üzləşdiyi çətin şəraitdə Azərbaycanın nümayiş etdirdiyi qardaşlıq dəstəyi və humanitar yardım qarşı tərəfdən yüksek qiymətləndirildi. Cənab Prezidentin vurğuladığı kimi, ölkəmiz yaranmış vəziyyətin sülh və dialoq yolu ilə həllinin tərəfdarı olaraq, ikitərəfli ticarət və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır.
Sentyabrın 1-də isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüş Bişkek diplomatiyasının zirvə nöqtələrindən biri oldu. "Bir millət, iki dövlət" prinsipinə sadiqliyini həm xoş, həm də sınaq anlarında nümayiş etdirən Azərbaycan-Türkiyə müttəfiqliyi bu gün regional sabitliyin sarsılmaz sütunudur. Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq strateji əlaqələrin bütün istiqamətlər üzrə dərinləşdirilməsi, regional sülhün möhkəmləndirilməsi və birgə imkanların səfərbər olunması tərəfdaşlığımızın gələcək perspektivlərini aydın müəyyən edir.
Bişkek səfərinin yekunları bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə öz suverenliyini və təhlükəsizliyini təmin etmir, Cənubi Qafqazdan Mərkəzi Asiyaya və Yaxın Şərqə qədər uzanan nəhəng bir coğrafiyada sülhün, davamlı inkişafın və strateji tərəfdaşlığın əsas lokomotivinə çevrilir.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22

