Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kitab sevincləri

Kitab sevincləri

12.09.2026 [08:50]

Bakıda da olur. Və bizi birləşdirir...

Hər il Dublin Kitab Festivalının dəb və istiqamətləri dəyişir. Bu il festivalın iyirmi illiyi olacaq, amma proqram müxtəlif istiqamətlərdə o qədər zənginləşib ki, ilk baxışdan hətta yoruculuq da yarada bilər.

Dublin Kitab Festivalı təkcə kitaba fokuslanmır, kitab ətrafı elə “qurğular qurur” ki, xırda elementlərə fikir verməmək olmur. Məsələn, builki hesabatlarda belə bir nəticəyə gəliblər ki, Dublin Kitab Festivalı fərqli istiqamətdə yazmağı öyrədib - xüsusilə, fantastika tərəfdə yeni yazı, məzmun, axtarış  imkanları açılıb. İrlandiya Ədəbiyyatını dünyaya tanıdıblar.  Ələlxüsus, qadın müəlliflərin sayı, uğuru xeyli artıb. O qədər ki, qadınlar bədii ədəbiyyat mükafatlarının qalibi olub, onların əsərləri əsasında çəkilmiş seriallar Avropanın məşhur telekanallarında efirə gedib. Beləcə, ayrı-ayrı kitab və müəlliflər daha da populyarlaşıb. Bu əsərlər tarixi irsdən ailəyə, sosial münasibətlərdən köklü dəyişikliklərə qədər bir çox mövzuları əhatə edərək, dünyanın diqqətini cəlb edə bilib.

Festivalın proqramına nəzər saldıqca təşkil edilən tədbirlər üzrə şaxələnmənin kitabdan “qaçmaqla” kitaba cəlbetmə cəhdlərini görməmək mümkün deyil. Bir neçə istiqaməti sadalayaq: İncəsənət, Qayıq turu, Ailə və uşaq proqramı, Film, Tarix, İrland dili, Təbiət, Qeyri-bədii əsərlər, Şeir, Peşəkar inkişaf, Elm həftəsi, Gəzinti və sair.

Əsas, kitabdan sonrakı xatirələrdir, kitab özü isə gerçək...

Kitabın ətrafına toplaşmaq təkcə onu satın alıb oxumaqdan ibarət deyil. Son illər Bakıda təşkil edilən müxtəlif kitab festivalları ətrafında, əsasən, kitabın, mütaliənin gündəlik həyatımıza daxil ola bilməsi üçün maraqlı, uğurlu cəhdlər edilir. Lakin bu cəhdlərin içində bir ehtiyatsızlıq da var: oxucunu bu qədər informasiya çoxluğunda “qorxutmaq”. Adını nə qoysaq da, kitab ətrafına toplaşmaq alaçıq ətrafına toplaşmaqla eyni  deyil. Kitabı seçmək üçün paralellər, alternativlər, fərqli kontekst yanaşmaları təklif etmək mühümdür. Əgər alaçıq ətrafına toplaşarkən sevinə biliriksə, deməli, kitab da bizi sevindirə, hətta birləşdirə bilər. Bakının, onun geniş ətrafının (bütün bölgələr nəzərdə tutulur!) kitabdan sevinməsi artıqca sevinclərimiz də artacaq. Gələcəyə pozitiv, ümidlə baxmağımıza kömək edəcək...

Bakının günəşli günləri Dublindən daha çoxdur. Hər kitab bir sevinc yaratsa, Bakı da sevinməzmi?

Məqsəd Nur

Paylaş:
Baxılıb: 19 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30