Dövlət suverenliyi – xalqımızın milli iradəsinin təntənəsi
21.09.2026 [12:32]
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəqillik və suverenlik hər zaman ən ali milli dəyərlərdən biri olub. Öz taleyini müəyyən etmək, müstəqil dövlət qurmaq və onun ərazi bütövlüyünü qorumaq hər bir xalq üçün böyük tarixi nailiyyətdir. Azərbaycan xalqı da tarixinin müxtəlif mərhələlərində üzləşdiyi ağır sınaqlara, işğallara və məhrumiyyətlərə baxmayaraq, dövlətçilik iradəsini və müstəqillik əzmini qoruyub saxlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamında vurğulandığı kimi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli sərvətidir. 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin tam bərpa edilməsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoyub.
Azərbaycanın müasir tarixinin ən ağır və faciəli səhifələrindən biri torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması ilə bağlıdır. 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan ərazilərinin bir hissəsi işğala məruz qalmış, yüz minlərlə insan doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmışdır. 30 ildən artıq davam edən işğal Azərbaycanın yalnız ərazi bütövlüyünə deyil, həm də dövlət suverenliyinə ciddi maneə yaratmışdı. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində dövlət hakimiyyətinin həyata keçirilməsi mümkün deyildi. Buna baxmayaraq, Azərbaycan dövləti heç zaman öz ərazi bütövlüyünün və suverenliyinin bərpası məqsədindən geri çəkilmədi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası əsasında Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi istiqamətində mühüm işlər görüldü. Sonrakı dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Güclü iqtisadiyyatın formalaşdırılması, müasir ordu quruculuğu və beynəlxalq mövqelərin möhkəmləndirilməsi Azərbaycanın qarşısında duran əsas strateji vəzifələr sırasında oldu.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər ərazi bütövlüyümüzün bərpası istiqamətində həlledici mərhələ oldu. Qarabağın bir sıra şəhər və kəndləri, o cümlədən Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan xalqı 8 noyabr 2020-ci ildə böyük Zəfər sevincini yaşadı. Lakin qarşıda dövlət suverenliyinin ölkənin bütün ərazisində tam təmin edilməsi vəzifəsi dayanırdı.
2023-cü il sentyabrın 19-da Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən törədilən təxribatlardan sonra Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 20-də Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edilməsi üçün tarixi imkan yarandı. Bu tarixi hadisə Azərbaycan dövlətçiliyinin inkişafında mühüm dönüş nöqtəsi oldu. Azərbaycan xalqının uzun illər ərzində gözlədiyi və uğrunda mübarizə apardığı məqsədlərdən biri ölkənin bütün ərazisində suverenliyin tam təmin edilməsi reallaşdı.
Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə bağlı 20 sentyabr tarixi xalqımızın yaddaşında xüsusi yer tutur. Bu mühüm tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edildi. Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın müasir tarixində baş vermiş mühüm hadisəyə verilən yüksək siyasi və mənəvi qiymətin göstəricisidir. Bu gün xalqımızın dövlətçilik iradəsini, müstəqillik əzmini və milli həmrəyliyini ifadə edən əlamətdar tarixdir.
Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərinin nəticələrindən danışarkən Azərbaycanın dövlət suverenliyini tam bərpa etdiyini vurğulayıb. Dövlət başçısının qeyd etdiyi kimi, həmin hadisə nəticəsində Azərbaycanın dövlət suverenliyi tam təmin olunub və ölkəmiz öz gücünü bir daha nümayiş etdirib. Dövlət Suverenliyi Günü, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsidir. Bu Zəfərin əldə olunmasında qəhrəman Azərbaycan əsgər və zabitlərinin, Vətən müharibəsi iştirakçılarının və şəhidlərimizin müstəsna xidmətləri vardır.
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağının ölkəmizin bütün ərazilərində dalğalanması dövlət suverenliyimizin ən aydın ifadəsidir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması isə əldə edilmiş Zəfərin nəticələrinin real həyatda öz əksini tapdığını göstərir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər salınır, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Beləliklə, Azərbaycan hərbi Zəfərdən sonra qarşısında duran quruculuq mərhələsini də uğurla həyata keçirir.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqına bir daha xatırladır ki, müstəqillik və suverenlik dövlətimizin ən mühüm dəyərlərindəndir. Bu dəyərlərin qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur.
20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və tarixi Zəfərinin rəmzidir. Bu əlamətdar tarix Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin əbədi olduğunu nümayiş etdirir.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş güclü dövlət kimi gələcəyə doğru inamla addımlayır. Dövlət Suverenliyi Günü isə xalqımızın keçdiyi çətin və şərəfli yolu, Vətən uğrunda göstərilən fədakarlıqları və əldə edilmiş tarixi Zəfəri gələcək nəsillərə çatdıran mühüm mənəvi dəyər kimi yaşayacaqdır.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

