Birliyin, həmrəyliyin təzahürü
21.09.2026 [13:02]
Möhtərəm Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarələrinin rəhbərləri və müşahidəçilərindən ibarət nümayəndə heyəti ilə görüşdəki çıxışı Azərbaycanın milli-mənəvi dəyərlərə, Türk dünyasına və İslam həmrəyliyinə verdiyi önəmi bir daha nümayiş etdirdi.
Bakının son illərdə müxtəlif beynəlxalq və regional tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricilərindən biridir. Sentyabrın 15-də Möhtərəm Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə Dövlət Başçısının çıxışı yalnız konkret tədbirin mahiyyəti ilə məhdudlaşmadı, eyni zamanda Azərbaycanın Türk dünyasındakı yeri, İslam həmrəyliyinə münasibəti, milli-mənəvi irsin qorunması, Qafqazda sülh və əməkdaşlıq məsələləri, eləcə də Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlı mühüm məqamlar da öz əksini tapdı.
Möhtərəm Prezident İlham Əliyev ilk növbədə Bakıda keçirilən iki mühüm tədbirin - TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın eyni vaxta təsadüf etməsinin rəmzi məna daşıdığını vurğuladı.
Görüşün mühüm istiqamətlərindən biri də Türk dünyası ilə Qafqaz arasında tarixi və mənəvi əlaqələrin vurğulanması oldu. Azərbaycan həm Türk dünyasının ayrılmaz hissəsi, həm də Qafqazın mühüm dövlətlərindən biri kimi müxtəlif coğrafiyaları birləşdirən mövqeyə malikdir. Məhz buna görə Bakıda Türk dünyasının, Qafqazın və İslam aləminin dini rəhbərlərinin bir araya gəlməsi qarşılıqlı anlaşma və əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Möhtərəm Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri dini liderlərin cəmiyyətlərdə sülh və əmin-amanlığın möhkəmləndirilməsindəki roluna verilən qiymət idi. Dövlət Başçısı vurğuladı ki, müsəlman dini liderlərin sözləri milyonlarla insan üçün əhəmiyyət daşıyır və bu sözlər sülhə, əməkdaşlığa, barışığa istiqamətləndikdə bunun bölgələrdə əmin-amanlığın möhkəmlənməsinə müsbət təsiri ola bilər. Bu fikir müasir dünyada dini dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətini bir daha önə çıxarır.
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər də görüşdə xüsusi qeyd edildi. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində keçirdiyi tədbirlər, 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın bu sahədə fəal mövqeyinin nümunələridir. Möhtərəm Prezident İlham Əliyevin çıxışından da aydın görünür ki, Azərbaycan İslam həmrəyliyini yalnız siyasi və diplomatik müstəvidə deyil, humanitar, mədəni və ictimai əməkdaşlıq istiqamətində də inkişaf etdirməyə çalışır.
Bu baxımdan gələn il Bakıda keçirilməsi nəzərdə tutulan İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü də diqqətəlayiq hadisədir. Möhtərəm Prezident Azərbaycanın müxtəlif beynəlxalq platformalarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış etdiyini vurğuladı. Bu yanaşma Azərbaycanın xarici siyasətində dialoq, əməkdaşlıq və qarşılıqlı etimadın əhəmiyyətini göstərən əsas məqamlardandır.
Görüşdə Qarabağa səfər məsələsinin də xüsusi yer tutması tamamilə məntiqlidir. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər etməsi onlara regionun keçmişi və bu günü ilə yerində tanış olmaq imkanı yaradacaq. Möhtərəm Prezident İlham Əliyev çıxışında işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin dağıdıldığını, dini və mədəni irsə ciddi zərər vurulduğunu bildirdi. O, 65 məscidin tamamilə dağıdıldığını da diqqətə çatdırdı.
Möhtərəm Prezident İlham Əliyev cənablarının çıxışında işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, “Böyük Qayıdış” proqramının həyata keçirildiyi və artıq onlarla şəhər və kənddə həyatın bərpa olunduğu diqqətə çatdırıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, infrastruktur yaradılır, insanların doğma torpaqlarına qayıdışı təmin edilir.
Beləliklə, dini liderlərin Qarabağa səfəri iki fərqli mənzərəni – dağıntıların izlərini və yeni quruculuq prosesini – eyni məkanda görmək imkanı yaradır. Bu, Azərbaycanın keçmişə münasibətinin yalnız yaddaş üzərində deyil, həm də gələcəyin qurulması üzərində formalaşdığını göstərən mühüm məqamdır.
Bütün bunlar göstərir ki, Bakıda keçirilən görüş yalnız dini rəhbərlərin bir araya gəlməsi ilə məhdudlaşan tədbir deyil. Burada Türk dünyasının birliyi, İslam həmrəyliyi, milli-mənəvi irsin qorunması, dini tolerantlıq, Qafqazda əməkdaşlıq və regional sülh kimi bir-biri ilə sıx bağlı olan məsələlər vahid məntiq çərçivəsində birləşir.
Nəticə etibarilə, Möhtərəm Prezident İlham Əliyevin dini liderlərlə görüşdəki çıxışı Azərbaycanın öz tarixi-mədəni irsinə bağlılığını, Türk dünyası ilə münasibətlərə verdiyi önəmi, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində mövqeyini və regional sülhə münasibətini kompleks şəkildə ortaya qoydu.
Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55

