Azərbaycanın yüksələn investisiyaya potensialı
28.09.2026 [11:51]
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız iqtisadi və maliyyə dairələrinin növbəti görüşü kimi yadda qalmadı. Forum Azərbaycanı dəyişən dünya iqtisadiyyatında yeni imkanlar axtaran, regional bağlantıların və investisiya əməkdaşlığının genişlənməsində maraqlı olan ölkə kimi təqdim edən mühüm platformaya çevrildi. Sentyabrın 26-da Prezident İlham Əliyevin forum çərçivəsində keçirilən “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə iştirakı və sualları cavablandırması bu baxımdan xüsusi diqqət çəkdi.
Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın iqtisadi inkişafının konkret göstəricilərlə ifadə olunması idi. Prezident İlham Əliyev Azərbaycanın qeyri-neft sektorunun inkişafının strateji istiqamət olduğunu vurğulayaraq ölkənin qarşıdakı dövr üçün əsas hədəflərindən danışdı. Bu gün Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payının əhəmiyyətli dərəcədə artması iqtisadi şaxələndirmə siyasətinin nəticələrindən biri kimi təqdim olunur. 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatıb.
Prezidentin fikirlərində xüsusilə bir məqam diqqəti cəlb edir: Azərbaycan artıq yalnız enerji resurslarına malik ölkə kimi deyil, yeni texnologiyalara, sənayeyə, nəqliyyata, rəqəmsal infrastruktura və digər sahələrə investisiya imkanları təqdim edən iqtisadi məkan kimi çıxış edir.
İnvestor üçün isə yalnız kapital qoyuluşunun mümkünlüyü deyil, sabitlik və proqnozlaşdırılan mühit də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında təhlükəsizlik və sabitliyin, əlverişli investisiya mühitinin, proqnozlaşdırılan vergi sisteminin və iqtisadi imkanların investorlar üçün əsas şərtlər olduğunu bildirdi. Bu yanaşma Azərbaycanın investisiya siyasətində uzunmüddətli tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini göstərir.
Çıxışın ən yaddaqalan məqamlarından biri isə texnologiya və təcrübə məsələsi ilə bağlı oldu. Prezident xarici şirkətlərin Azərbaycana yalnız maliyyə kapitalı deyil, həm də texnologiya və təcrübə gətirməsinin vacibliyini vurğuladı. Azərbaycanın enerji sektorunda xarici tərəfdaşlarla əməkdaşlıq təcrübəsi buna nümunə kimi göstərildi. Prezidentin sözlərinə görə, 1994-cü ildə Hasilatın Pay Bölgüsü Sazişi imzalanarkən Qərb enerji şirkətlərində çalışanların böyük əksəriyyəti əcnəbilər olduğu halda, hazırda bu göstərici təxminən 5 faizdir. Bu fakt insan kapitalının inkişafının investisiya əməkdaşlığının mühüm nəticələrindən biri olduğunu göstərir.
Prezident İlham Əliyevin çıxışında regional reallıqlar da iqtisadi gündəmlə sıx əlaqələndirildi. Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsi nəqliyyat, logistika, ticarət və investisiya imkanlarının genişlənməsi üçün yeni perspektivlər yaradır. Forumun əsas mövzusunun da məhz etimad, qlobal bağlantı və investisiya sabitliyi üzərində qurulması təsadüfi deyildi.
Prezidentin investorlarla bağlı səsləndirdiyi mesajlardan biri də informasiya məkanında obyektivliyin əhəmiyyəti ilə bağlı idi. O bildirdi ki, Azərbaycana gələn investorlar ölkə haqqında məlumatı müxtəlif mənbələrdən əldə etməli və reallığı öz gözləri ilə görməlidirlər. Dövlət başçısının sözləri ilə desək, belə tədbirlərin üstünlüklərindən biri iştirakçıların “hər şeyi öz gözləri ilə görə” bilməsidir.
Forumun nəticələri də müzakirələrin praktiki xarakter daşıdığını göstərdi. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb.
Bütün bunlar göstərir ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Bakının yalnız iqtisadi müzakirələr məkanı deyil, həm də müxtəlif ölkələrin investorlarını və biznes dairələrini bir araya gətirən platforma kimi rolunu gücləndirir. Prezident İlham Əliyevin çıxışının əsas xətti isə aydın idi: dəyişən dünyada etimad, sabitlik, bağlantı və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq investisiya münasibətlərinin mühüm dayaqlarıdır.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri isə əldə olunan imkanları davamlı iqtisadi artıma, daha çox qeyri-neft ixracına, texnoloji inkişaf və yeni iş imkanlarına çevirməkdir. Forumda səslənən fikirlər və imzalanan sənədlər bu istiqamətdə qarşıdakı mərhələnin daha geniş iqtisadi əməkdaşlıq imkanları ilə xarakterizə oluna biləcəyini göstərir.
Bakıda keçirilən bu forumun yaratdığı mənzərə belədir: dünyada iqtisadi əlaqələrin yenidən formalaşdığı bir vaxtda Azərbaycan özünü regional və qlobal investisiya əlaqələrinin inkişafında fəal tərəf kimi təqdim edir. Qarşıdakı dövrdə əsas məsələ isə bu etimadın real investisiyalara, yeni texnologiyalara, istehsala və dayanıqlı iqtisadi nəticələrə çevrilməsidir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilalatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

