Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

05.10.2026 [10:58]

Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Merts Ukraynanın yaxın illərdə Aİ-yə qəbul olunacağına şübhə ilə yanaşaraq Kiyevə təşkilatın vahid bazarına çıxış və Aİ institutlarında səsvermə hüququ olmayan müşahidəçi statusu təklif edib.

Zelenski isə bu təklifi qəbul etməyərək Ukraynanın Aİ-də tam və bərabərhüquqlu üzvlüyə ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna 2022-ci ildən Aİ-yə namizəd ölkə statusuna malikdir. Üzvlüklə bağlı danışıqlar davam edir, lakin proses ölkənin Aİ-yə qəbul olunacağına zəmanət vermir və konkret müddət müəyyən etmir.

Paylaş:
Baxılıb: 172 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31