Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın Qlobal Müstəvidə Artan Rolu və Müstəqil Xarici Siyasəti

Azərbaycanın Qlobal Müstəvidə Artan Rolu və Müstəqil Xarici Siyasəti

19.10.2026 [12:24]

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşü regionun və dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zirvə Görüşündəki proqram xarakterli çıxışı ölkəmizin müasir beynəlxalq münasibətlər sistemindəki strateji mövqeyini, eləcə də regionda sülh və təhlükəsizliyin təmin olunmasındakı aparıcı rolunu bir daha nümayiş etdirdi.

Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan yalnız geostrateji mövqeyi ilə deyil, həm də həyata keçirdiyi uzaqgörən siyasətlə Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə genişlənən əməkdaşlığı öz növbəsində bütün regionumuzda təhlükəsizlik və sabitlik sisteminin köklü şəkildə möhkəmlənməsinə mühüm töhfə verir.

Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Məhz bu prinsipial xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunu gündən-günə artırır. Bakıda keçirilən AQEM Zirvə Görüşü də bir daha göstərdi ki, Azərbaycan müxtəlif güc mərkəzləri arasında dialoq və qarşılıqlı etimadın qurulması üçün ən optimal platformalardan biridir.

Bununla yanaşı, Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir. Uzun illər ərzində bu cür ədalətsiz yanaşmalarla üzləşmiş bir dövlət kimi ölkəmiz beynəlxalq hüquq norma və prinsiplərinin hər kəs üçün bərabər tətbiq olunmasını tələb edir. İkili standartlara qarşı bu prinsipial mübarizə yalnız milli maraqlarımızın müdafiəsinə deyil, ümumilikdə ədalətli dünya nizamının bərqərar olunmasına xidmət edir.Uzun illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinin kağız üzərində qalması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması kimi ədalətsiz yanaşmalarla üzləşmiş bir dövlət kimi ölkəmiz beynəlxalq münasibətlər sistemində hüququn aliliyinin bərpa edilməsini tələb edir. Bəzi hallarda beynəlxalq təşkilatların və güc mərkəzlərinin münaqişələrə geosiyasi maraqlardan çıxış edərək fərqli münasibət bəsləməsi, sülh və ədalətin bərqərar olunmasına ciddi maneələr yaradır.

Azərbaycanın bu zərərli və ikili standartlara əsaslanan praktikaya qarşı apardığı prinsipial mübarizə yalnız öz milli maraqlarımızın müdafiəsinə deyil, ümumilikdə bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılan ədalətli qlobal dünya nizamının bərqərar olunmasına xidmət edir.

Nicat Ələkbərov

YAP  Şahbuz rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31