YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatında görüş keçirildi
19.10.2026 [13:43]
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195 ünvanlı ərazi partiya təşkilatında görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan Ə.D. Məlikov adına Binəqədi Tibb Mərkəzinin direktoru Müşfiq Mirzəyev bildirdi ki, VIII Qurultaya qədər keçilən yolun özündə Azərbaycan dövlətçiliyinin son onilliklərdəki inkişaf xəttini görmək mümkündür. YAP-ın yaranmasını yalnız yeni siyasi təşkilatın meydana çıxması kimi qiymətləndirmək kifayət deyil. Partiyanın formalaşması həm də cəmiyyətin sabitliyə, güclü dövlətə və milli maraqları əsas götürən siyasi xəttə olan tələbatının siyasi ifadəsi idi. Burada Ulu Öndər Heydər Əliyevin siyasi irsinin xüsusi yerini də qeyd etmək lazımdır. Çünki müasir Azərbaycanın dövlətçilik modelinin təməl prinsipləri məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ardıcıl şəkildə formalaşdırıldı. Siyasi sabitliyin bərqərar olması, iqtisadi inkişaf üçün əlverişli mühitin yaradılması, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi və güclü dövlət institutlarının formalaşdırılması sonrakı mərhələdə ölkənin qarşısında daha böyük məqsədlərin dayanmasına imkan verdi.
Görüşdə geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov vurğuladı ki, Azərbaycan xalqının öz nicat yolunu ancaq Heydər Əliyevə bağlayaraq müdriklik göstərməsi və 1993-cü ilin oktyabrında onu Azərbaycanın Prezidenti seçməsi ilə müstəqil dövlətimizin işıqlı yolu başlandı. YAP iqtidarının qazandığı nailiyyətlər 2003-cü ildən sonra yeni mərhələyə daxil oldu, Ulu Öndərin siyasi xətti strateji kurs kimi qalmaqla, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişafında inanılmaz uğurları qazandırdı. Qarşıya qoyulan bütün məqsədlərə nail olundu, ən ali vəzifə olan ərazi bütövlüyü və dövlət suverenliyi bərpa edildi. Bunlar isə xalqın etimadını qazanmış iqtidarın şərəfli missiyasını yerinə yetirmək qüdrətini nümayiş etdirir. Möhtərəm Prezidentimizin sarsılmaz iradəsi sayəsində ölkəmiz sabitliyin ünvanıdır. Şübhəsiz ki, dövlətimiz daha da gücləndikcə, daha fəal və milli maraqlara dayan siyasət apardıqca, ona qarşı təzyiqlər də artır. Ancaq bu təzyiqlər də daim neytrallaşdırılır, heç bir zərbə cavabsız qalmır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
19 Oktyabr 17:22
Dünya
19 Oktyabr 17:16
İqtisadiyyat
19 Oktyabr 16:46
Siyasət
19 Oktyabr 16:37
Xəbər lenti
19 Oktyabr 16:36
Hadisə
19 Oktyabr 16:36
Dünya
19 Oktyabr 16:12
Sosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Mədəniyyət
18 Oktyabr 08:13
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22

