Dirçəlişin və qayıdışın ünvanı - Zəngilan şəhəri
21.10.2026 [11:03]
Oktyabrın 20-si Azərbaycan tarixində milli qürur, qəhrəmanlıq və Zəfər ruhunu təcəssüm etdirən əlamətdar tarixlərdən biridir. Altı il əvvəl məhz bu gündə Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edərək xalqımıza növbəti böyük qələbənin sevincini yaşatdı. Bir vaxtlar düşmən vandalizminin izlərini daşıyan, yaşayış məntəqələri viran qoyulan, tarixi və mədəni irsi dağıdılan bu qədim Azərbaycan torpağı hazırda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı müasir yaşayış məkanına çevrilir. Zəngilanın azadlığı yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də bölgənin iqtisadi, sosial və strateji imkanlarının yenidən Azərbaycanın inkişafına xidmət etməsi nəzərindən mühüm tarixi hadisədir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsinə xidmət edir. Həmin sərəncama əsasən, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi tarixə düşüb. Bu əlamətdar gün hər il xalqımızın qəhrəmanlıq salnaməsini, doğma torpağa bağlılığını və milli birliyini bir daha nümayiş etdirir. Zəngilan Şəhəri Günü həm də işğal illərinin ağrı-acısını, şəhidlərimizin fədakarlığını və azad edilmiş torpaqlarda həyata keçirilən möhtəşəm quruculuq işlərinin əhəmiyyətini bir daha göz önünə sərir.
Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan rayonu əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, münbit torpaqları və iqtisadi potensialı ilə seçilən bölgələrimizdəndir. Dağətəyi ərazidə yerləşən rayonun təbii ehtiyatları sırasında tikinti daşı, qızıl, qara mərmər, əhəng xammalı və soda istehsalında istifadə oluna bilən əhəngdaşı yataqları xüsusi yer tutur. Rayonun ərazisindən keçən çaylar, zəngin bitki örtüyü, meşə massivləri və kənd təsərrüfatı üçün əlverişli torpaqlar burada müxtəlif təsərrüfat sahələrinin inkişafına imkan yaradır. Zəngilanın təbii-coğrafi xüsusiyyətləri onu həm sənaye, həm aqrar sektor, həm də turizm baxımından perspektivli bölgəyə çevirir.
İşğaldan əvvəl rayonun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tuturdu. Rayonda 29 kolxoz və sovxoz, bir arıçılıq təsərrüfatı, dörd kooperativ və üç kəndli-fermer təsərrüfatı fəaliyyət göstərirdi. Əhali əsasən əkinçilik, heyvandarlıq, üzümçülük və digər kənd təsərrüfatı sahələri ilə məşğul olurdu. Zəngilanın nəqliyyat infrastrukturu da iqtisadi həyatında əhəmiyyətli rol oynayırdı. Rayon ərazisində dəmir yolu müəssisələrinin və dəmir yolu vağzalının fəaliyyət göstərməsi bölgənin mühüm nəqliyyat əlaqələrinə malik olduğunu göstərirdi. Bu imkanlar Zəngilanın təkcə yerli deyil, ümumrespublika iqtisadiyyatında da müəyyən mövqeyə sahib olmasını təmin edirdi.
1993-cü ildə Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan faktiki olaraq mühasirə vəziyyətinə düşdü. Rayon sakinləri 67 gün ərzində son dərəcə ağır şəraitdə düşmənə müqavimət göstərdilər. Bu müqavimət Azərbaycan xalqının vətənpərvərliyinin, torpağa sədaqətinin və sarsılmaz iradəsinin nümunələrindən biri kimi tarixə yazıldı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Zəngilanın taleyində həlledici dönüş yaratdı. Azərbaycan Silahlı Qüvvələrinin ilk günlərdən əldə etdiyi uğurlar, xüsusilə Cəbrayıl istiqamətində düşmən qüvvələrinə vurulan sarsıdıcı zərbələr cəbhədə döyüşçülərimizin strateji üstünlüyünün təmin olunmasına şərait yaratdı. Cəbrayıl rayonunun 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi ordumuzun Zəngilanın inzibati hüdudlarına irəliləməsinə imkan verdi. Oktyabrın 18-də Zəngilanın azadlığı uğrunda hərbi əməliyyatlara başlanıldı. Qəhrəman hərbçilərimiz düşmənin müqavimətini qıraraq mühüm mövqeləri nəzarətə götürdülər və növbəti tarixi Qələbəyə doğru irəlilədilər.
Oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, eləcə də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Zəngilan istiqamətində aparılan hərbi əməliyyatlar nəticəsində şəhərlə yanaşı, rayonun 4 qəsəbəsi və 49 kəndi də azad edildi. Bu qələbə Vətən müharibəsində mühüm strateji əhəmiyyət daşımaqla yanaşı, 132 kilometrlik dövlət sərhədinin bərpasına və Azərbaycanın suverenliyinin möhkəmləndirilməsinə töhfə verdi.
Zəngilanın işğaldan azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük qayıdış" proqramının icrası çərçivəsində Zəngilanda genişmiqyaslı tikinti və bərpa işlərinə başlanıldı. Yeni avtomobil yolları, yaşayış kompleksləri, sosial obyektlər, enerji və kommunikasiya xətləri inşa olunur, müasir şəhərsalma prinsipləri tətbiq edilir. Görülən işlərin əsas məqsədi təkcə dağıdılmış infrastrukturu bərpa etmək deyil, həm də Zəngilanı yüksək həyat standartlarına malik, iqtisadi baxımdan dayanıqlı və müasir yaşayış məkanına çevirməkdir.
Böyük qayıdışın ilk ünvanlarından biri məhz Zəngilan rayonunun Ağalı kəndi oldu. Burada həyata keçirilən "ağıllı kənd" layihəsi işğaldan azad edilmiş ərazilərin bərpasında innovativ yanaşmanın nümunəsinə çevrildi. Müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyi, rahat yaşayış şəraiti və kənd təsərrüfatının inkişafı üçün yaradılan imkanlar Ağalını yeni dövrün kənd modeli kimi tanıtdı. Qayıdış prosesi sonrakı mərhələlərdə Zəngilan şəhərini və Məmmədbəyli kəndini də əhatə etdi. Bu gün artıq Zəngilan şəhərinin 339, Ağalı kəndinin 1017, Məmmədbəyli kəndinin isə 903 sakini var.
Zəngilanın inkişafında nəqliyyat infrastrukturunun yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Mühüm beynəlxalq nəqliyyat marşrutlarının üzərində yerləşən bu rayon ölkəmizin regional iqtisadi əlaqələrinin genişlənməsi baxımından böyük perspektivlərə malikdir. Zəngilan Beynəlxalq Hava Limanının inşası bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biridir. Hava limanı bölgənin nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, gələcəkdə turizmin, ticarətin, logistikanın və digər iqtisadi fəaliyyət sahələrinin inkişafına da əlavə imkanlar yaradır. Yeni avtomobil və dəmir yolu layihələri ilə birlikdə bu infrastruktur Zəngilanın regionun mühüm nəqliyyat və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin formalaşdırır.
Rayonda aparılan bərpa işləri tarixi-mədəni irsin qorunmasını da əhatə edir. Bunun bariz nümunələrindən biri Zəngilan şəhər məscididir. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi qeydə alınmış bu dini ibadətgah işğal dövründə ağır dağıntılara məruz qalmışdı. Həmin vaxt bu məsciddən tövlə kimi istifadə olunması Ermənistanın dini və mədəni dəyərlərə münasibətinin acı nümunələrindən biri idi. Tarixi tikili ilkin görkəminin təxminən 70 faizini itirmişdi. Zəngilanın azadlığından sonra Heydər Əliyev Fondunun dəstəyi ilə məscidin bərpası istiqamətində mühüm işlər görüldü. Tarixi abidə konservasiya edildi, yaxınlığında yeni məscid inşa olundu. Bu layihə dini-mənəvi dəyərlərin yaşadılması ilə yanaşı, xalqımızın tarixi yaddaşına və mədəni irsinə göstərilən ehtiramın ifadəsidir.
Bu gün Zəngilanın siması sürətlə dəyişir. Altı il əvvəl qazanılmış Qələbə indi iqtisadi dirçəliş, sosial inkişaf və genişmiqyaslı quruculuqla möhkəmləndirilir. 20 Oktyabr - Zəngilan Şəhəri Günü bu baxımdan yalnız azadlıq tarixinin qeyd olunması deyil, həm də Böyük qayıdışın, milli iradənin və gələcəyə inamın bayramıdır. Şəhidlərimizin qanı və qəhrəman hərbçilərimizin rəşadəti hesabına azadlığına qovuşan Zəngilan bu gün özünün yeni intibah dövrünü yaşayır. Doğma yurdun dirçəlişi isə bir daha sübut edir ki, Azərbaycan xalqının torpağına bağlılığını, qurub-yaratmaq əzmini və gələcəyə inamını heç bir qüvvə sarsıda bilməz.
Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini.
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15

