Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

21.10.2026 [12:45]

YAP Tərtər rayon təşkilatının Xoruzlu ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının siyasi xəttinin əsasını dövlət müstəqilliyinin qorunması, milli dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin edilməsi, güclü ordu quruculuğu və milli maraqların hər şeydən üstün tutulması təşkil edir. Bu siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.

Qeyd olunub ki, həyata keçirilən siyasətin əsas prioritetlərini ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi, iqtisadi potensialının artırılması, müdafiə qüdrətinin yüksəldilməsi və milli sərvətlərimizdən səmərəli istifadə təşkil edir. Bu baxımdan VIII Qurultayda dövlət başçısının səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Prezidentin çıxışı Azərbaycanın qarşısında duran strateji vəzifələri, gələcək hədəfləri və milli maraqların qorunmasının vacibliyini bir daha aydın şəkildə ortaya qoydu. Bu nitq ölkəmizin inkişaf yolunun davamlılığını, siyasi sabitliyin qorunmasını və milli birliyin sarsılmazlığını bir daha nümayiş etdirdi.

Digər çıxış edənlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasi xətt bundan sonra da Azərbaycanın tərəqqisinə, dövlət müstəqilliyimizin daha da güclənməsinə və xalqımızın rifahının yüksəlməsinə xidmət edəcək.

Paylaş:
Baxılıb: 38 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31