Bakı Zirvə Görüşü: AQEM-in gələcəyinə açılan yol
21.10.2026 [15:31]
Oktyabrın 15-də Bakı növbəti dəfə mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Paytaxtımızda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşü keçirildi. Tədbirdə Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, İsrail və Laos dövlət başçıları, Kambocanın Baş naziri, Vyetnamın vitse-prezidenti, Belarus parlamentinin Nümayəndələr Palatasının sədri, Çinin xarici işlər naziri və digər yüksək səviyyəli qonaqlar iştirak etdilər. Zirvə Görüşünü açıq elan edən Prezident İlham Əliyev qonaqları salamlayaraq dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirdi.
Zirvə Görüşünün ilk mühüm qərarı Laos Xalq Demokratik Respublikasının AQEM-ə üzv dövlət qismində qəbul edilməsi oldu. Gündəliyin üçüncü bəndi kimi təqdim olunan bu qərar heç bir etiraz olmadan qəbul edildi. Prezident İlham Əliyev qeyd etdi ki, Laosun təşkilata qoşulması Müşavirənin Asiya regionunda daha inklüziv dialoq platforması kimi artan əhəmiyyətini və inkişafını göstərən önəmli hadisədir. Bu hadisənin məhz Azərbaycanın sədrliyi dövründə, Bakı Zirvə Görüşü çərçivəsində baş verməsi ölkəmizin təşkilat daxilində gördüyü işlərin bariz göstəricisidir. Laos Prezidenti Thonqlun Sisulit də çıxışında Azərbaycan xalqına və Hökumətinə qonaqpərvərliyə görə minnətdarlığını bildirdi, ölkəsinin Laos-Çin dəmir yolu şəbəkəsinin Azərbaycana qədər uzadılmasında əməkdaşlığa maraqlı olduğunu vurğuladı.
AQEM-in hazırkı sədri qismində ilk çıxış edən Prezident İlham Əliyev 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə bütün üzv dövlətlərə təşəkkür etdi. Dövlət başçısı bu dəstəyi hörmət və etimad əlaməti, eyni zamanda ölkəmizin bir sıra beynəlxalq platformalardakı sədrlik fəaliyyətinə dəstəyin nümayişi kimi dəyərləndirdi. Həqiqətən də, son illərdə Azərbaycan Qoşulmama Hərəkatına, COP29-a və digər mühüm beynəlxalq formatlara uğurla rəhbərlik edərək etibarlı sədr ölkə imicini qazanıb.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın iki illik sədrlik dövründə AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırdığını bildirdi. Sədrlik dövründə nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlıq fəal şəkildə təşviq olunub. Dövlət başçısının sözlərinə görə, bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş təşəbbüslər nəticəsində AQEM bu gün institusional və hüquqi baxımdan daha güclüdür. Təşkilatın üzvlərinin sayı artıb, təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlaşmanın təşviqi naminə dialoq imkanları əhəmiyyətli dərəcədə genişlənib.
Zirvə Görüşünün yekunlarından biri də Azərbaycanın sədrliyinin daha iki il, yəni 2028-ci ilədək uzadılması təklifinə üzv dövlətlərin dəstək verməsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu təşəbbüsü dəstəklədiyini, həmçinin Azərbaycan nümayəndəsinin AQEM-in Baş katibi vəzifəsinə namizədliyini müdafiə etdiyini bildirdi. Qırğızıstan Prezidenti Sadır Japarov qeyd etdi ki, sədrliyin davam etdirilməsi Müşavirənin fəaliyyətində varisliyin qorunmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə imkan verəcək. Kamboca Baş naziri Hun Manet də Azərbaycanı sədrliyin 2026-2028-ci illərə uzadılması münasibətilə təbrik etdi.
Görüşdə qəbul olunan Bakı Bəyannaməsi təşkilatın gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əminliklə bildirdi ki, bu sənəd qarşıdakı işlər üçün möhkəm təməl rolunu oynayacaq. O, həmçinin xatırlatdı ki, 2022-ci ildə Astanada keçirilmiş 6-cı Zirvə Görüşündə üzv dövlətlər Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi barədə razılığa gəlmişdilər və Azərbaycanın sədrliyi bu missiyanı ləyaqətlə yerinə yetirir. Bundan əlavə, Zirvə Görüşündə əməyin mühafizəsi və səhiyyə sahəsində əməkdaşlığa dair bəyanat da qəbul edildi.
Liderlərin çıxışlarında Azərbaycanın sədrliyinə verilən yüksək qiymət xüsusilə diqqət çəkirdi. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın AQEM-in məqsəd və vəzifələrinə qəti sadiqlik nümayiş etdirdiyini, etimadın möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atdığını vurğuladı. İsrail Prezidenti İsxak Hersoq qeyd etdi ki, gərginliklərin artdığı dövrdə Azərbaycan təşkilatın diqqətini konstruktiv dialoqa, davamlı tərəfdaşlığa və ortaq maraqların axtarışına yönəldə bilib. Vyetnamın vitse-prezidenti Vo Thi An Suan Azərbaycanın dialoqun və əməkdaşlığın inkişafına böyük töhfə verdiyini, Belarus nümayəndə heyətinin rəhbəri İqor Sergeyenko isə Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinə Azərbaycanın mühüm töhfəsini xüsusi qeyd etdi. Çinin xarici işlər naziri Vanq Yi də iqlim dözümlülüyü və yaşıl enerjiyə keçid sahəsindəki uğurlu fəaliyyətə görə Azərbaycanı təbrik etdi.
Bakı Zirvə Görüşünün daha bir mühüm cəhəti onun geniş coğrafiyanı əhatə etməsidir. Mərkəzi Asiyadan Cənub-Şərqi Asiyaya, Yaxın Şərqdən Şərqi Avropaya qədər müxtəlif regionları təmsil edən dövlətlərin Bakıda bir araya gəlməsi Azərbaycanın müxtəlif sivilizasiyalar və siyasi sistemlər arasında dialoq qurmaq bacarığını nümayiş etdirdi. Tacikistan Prezidenti Emoməli Rəhmon da Görüşün yüksək səviyyədə təşkilinə və göstərilən isti qarşılanmaya görə minnətdarlığını bildirdi. Qazaxıstan Prezidenti isə BMT sistemi çərçivəsində Beynəlxalq Su Təşkilatının yaradılması ilə bağlı təklifin Mərkəzi Asiya ölkələri və Azərbaycan adından birgə təşəbbüs kimi irəli sürülə biləcəyini bildirdi.
Beləliklə, Bakı Zirvə Görüşü həm AQEM-in, həm də Azərbaycan diplomatiyasının tarixində yeni səhifə açdı. Ölkəmiz Asiyanın müxtəlif guşələrindən olan dövlətləri bir araya gətirərək etimad, dialoq və əməkdaşlığın təşviqində etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Sədrliyin 2028-ci ilədək uzadılması isə Azərbaycana olan beynəlxalq etimadın ən yaxşı göstəricisidir. Qarşıdakı illərdə AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesində Bakının rolu daha da artacaq, Azərbaycan isə Asiyada sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə öz töhfəsini verməyə davam edəcək.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15

