Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Samux  rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayın qarşıya qoyduğu hədəflər müzakirə olunub

YAP Samux  rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayın qarşıya qoyduğu hədəflər müzakirə olunub

21.10.2026 [15:34]

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş görüşlər YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında davam etdirilir.

Oktyabrın 21-də  YAP Samux rayon təşkilatının Samux şəhəri üzrə  1 nömrəli  tam orta məktəb və 2 nömrəli tam orta məktəb  ərazi partiya təşkilatlarında  növbəti görüşlər keçirilib.

Görüşlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  qeyd edib ki, partiyanın sədri, Prezident cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqi hər bir partiya fəalı və xüsusilə gənclər üçün gələcək fəaliyyət proqramı, mühüm yol xəritəsidir. Vurğulanıb ki, dövlət başçımızın rəhbərliyi ilə əldə olunan tarixi zəfərlər, ölkəmizin beynəlxalq nüfuzunun artması və azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləri gənclərimizdə böyük qürur hissi yaradır.

 Tədbirlər zamanı çıxış edən Qurultay nümayəndələri   YAP Samux rayon təşkilatının İcra Hakimiyyəti   üzrə  ərazi partiya təşkilatının sədri Kəmalə Xəlilova, YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova və digər natiqlər VIII Qurultayda müəyyənləşdirilən prioritetlərin yerli səviyyədə həyata keçirilməsinin əhəmiyyətindən danışıblar.  Qeyd ediblər  ki, partiya üzvləri qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirak etməli, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətini cəmiyyətə çatdırmalı, milli maraqların və dövlətçilik prinsiplərinin təbliğinə xüsusi diqqət yetirməlidirlər.

Görüş çərçivəsində ölkənin əldə etdiyi nailiyyətlərin qorunması, dövlətçilik prinsiplərinin təbliği, gənclərin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması, eləcə də yerli səviyyədə partiya fəaliyyətinin gücləndirilməsi məsələləri ön plana çəkilib, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində ardıcıl fəaliyyətin və birgə əməkdaşlığın vacibliyi vurğulanıb.

 

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31