Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı Şəhəri “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-də müşavirə keçirilib

Bakı Şəhəri “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-də müşavirə keçirilib

21.10.2026 [17:27]

Oktyabrın 21-də “H.B.Zərdabi pr. 59” ünvanı üzrə (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, ƏPT sədri Gülarə Quluzadə, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, ƏPT sədri Gülarə Quluzadə tədbir iştirakçılarını salamlayaraq mərkəzdə gənc nəslin estetik və intellektual inkişafı istiqamətində görülən işlərdən bəhs edib. G.Quluzadə bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcəyini təmin edən mühüm ideoloji hədəflər müəyyənləşdirib. Dövlət başçısı cənab İlham Əliyevin gənclər siyasəti hər bir uşağın və yeniyetmənin vətənpərvərlik ruhunda böyüməsinə geniş imkanlar yaradır. O vurğulayıb ki, mərkəzin kollektivi uşaqların istedadının üzə çıxarılması ilə yanaşı, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında üzərinə düşən məsuliyyəti dərk edir. ƏPT sədri YAP-ın ideyalarının gənc nəslə aşılanmasında hər zaman fəal olacaqlarını qeyd edib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin salamlarını çatdıraraq, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin ideoloji-siyasi əhəmiyyəti barədə geniş məruzə edib. Elnarə Mustafayeva bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət sayəsində bu gün Azərbaycan gəncliyi intellektual, vətənpərvər və dövlətinə sadiq ruhda formalaşır. Uşaq-gənclər inkişaf mərkəzləri yeniyetmələrin hərtərəfli inkişafında müstəsna rol oynayır. Sədr müavini ərazi partiya təşkilatının üzvlərini partiya ideallarının təbliğində, gənc nəslin maarifləndirilməsində daha da aktiv olmağa çağırıb.

Çıxış edənlər 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Sevda Bəşirova və ƏPT sədr müavini, metodist Məhsəti Məmmədova mərkəzdə dərnəklərin fəaliyyəti, uşaqların asudə vaxtının səmərəli təşkili vətənpərvərlik tədbirlərindən danışıblar. Çıxış edənlər qeyd ediblər ki, cənab Prezident İlham Əliyevin təhsilə, gənclərə və uşaqlara göstərdiyi diqqət və qayğı hər bir pedaqoqu daha əzmlə çalışmağa sövq edir. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik fəaliyyətlərində rəhbər tutacaqlarını və partiya işində fəallıq göstərəcəklərini bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31