Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya Qazaxıstandan ölkəyə yeni giriş qaydaları ilə bağlı əlavə izahat gözləyir

Rusiya Qazaxıstandan ölkəyə yeni giriş qaydaları ilə bağlı əlavə izahat gözləyir

21.10.2026 [20:23]

Rusiya ölkəyə giriş üçün elektron icazənin məcburi olmasını nəzərdə tutan yeni qərarın tətbiqi qaydaları ilə bağlı Qazaxıstan hakimiyyətindən əlavə izahat gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Diplomatın sözlərinə görə, Moskva Astananın miqrasiya qanunvericiliyini təkmilləşdirmək hüququna hörmətlə yanaşır. Bununla belə, yeni müddəalar Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin vətəndaşlarına da şamil olunduğundan, Rusiya müvafiq izahatlar istəyir.

“İttifaq çərçivəsində və Avrasiya məkanındakı digər miqrasiya birlikləri daxilində mövcud beynəlxalq razılaşmaları da nəzərə almaqla, bu müddəaların tətbiqi qaydaları ilə bağlı Qazaxıstan tərəfinin əlavə izahatlarını gözləyirik”, – deyə Zaxarova bildirib.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31