Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya noyabrda Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb

Rusiya noyabrda Ukrayna ilə bağlı üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb

21.10.2026 [22:42]

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffa Moskvanın noyabrın 10-dan sonra Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan danışıqların əsas mövzusu münaqişə başa çatdıqdan sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin qurulması olacaq.

Tərəflər, həmçinin Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin Çində görüşünün keçirilmə perspektivini müzakirə ediblər. Rusiya Prezidentinin köməkçisinin bildirdiyinə görə, Çin tərəfi belə bir görüşün keçirilmə imkanını nəzərdən keçirir və hazırlıq işləri aparır.

Vladimir Putinlə Stiv Uitkoff arasında söhbət təxminən üç saat davam edib. Yuri Uşakov görüşü ətraflı və səmimi müzakirə kimi səciyyələndirib. Bu, Rusiya Prezidentinin ABŞ Prezidentinin xüsusi elçisi ilə doqquzuncu görüşü olub.

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31