Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?
21.10.2026 [21:15]
Vaşinqtonda Ağ evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni 8 avqust 2025-ci il tarixində paraflanmışdır. Həmin vaxtdan on dörd aydan çox vaxt keçməsinə baxmayaraq, müqavilənin imzalanması və qüvvəyə minməsi istiqamətində hələ də yekun nəticə əldə olunmayıb.
Sülh müqaviləsinin paraflanmasından sonra Azərbaycan sülh prosesinin irəliləməsi üçün zəruri addımlar atmış, siyasi bəyanatlarla yanaşı, ticarət, nəqliyyat və regional əməkdaşlıq sahələrində praktiki tədbirlər həyata keçirmişdir.
Bu dövrdə Azərbaycanın ən konkret addımlarından biri Ermənistan istiqamətində üçüncü ölkələrdən gələn yüklərin tranzitinə tətbiq olunan məhdudiyyətlərin birtərəfli qaydada aradan qaldırılması olmuşdur. Son bir ildə Azərbaycan ərazisindən Ermənistana və əks istiqamətdə daşınan yüklərin ümumi həcmi 60 min tonu ötmüşdür. Bu addımın əhəmiyyəti ondadır ki, Azərbaycan siyasi dialoqu praktiki iqtisadi əməkdaşlıqla tamamlamışdır.
Bundan əlavə, Ermənistana Azərbaycan mənşəli neft məhsullarının tədarükünə başlanması sülh prosesinin iqtisadi əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım olmuşdur. Rəsmi açıqlamalara əsasən, Ermənistana təxminən 20 min ton Azərbaycan neft məhsulu satılmışdır. Bu, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı və regional əməkdaşlıq üçün yeni imkanlar yaradır.
8 avqust 2025-ci il tarixli Vaşinqton Birgə Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqənin yaradılması, eyni zamanda, Ermənistan üçün qarşılıqlı faydalı nəqliyyat imkanlarının təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan bu istiqamətdə nəqliyyat əlaqələrinin inkişafına və müvafiq infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Məqsəd regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və davamlı sülh üçün maddi əsasların yaradılmasıdır.
Azərbaycanın ardıcıl diplomatik səyləri nəticəsində ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların bağlanması barədə qərar 2025-ci il sentyabrın 1-də qəbul edilmiş, prosesin inzibati baxımdan yekunlaşdırılması isə həmin ilin noyabrında tamamlanmışdır.
Azərbaycanın sülh prosesini irəli aparmağa yönəlmiş ardıcıl addımlarına baxmayaraq, Ermənistan tərəfindən müqavilənin imzalanmasını sürətləndirəcək məsələlərin həlli istiqamətində kifayət qədər qətiyyətli fəaliyyətin nümayiş etdirildiyini söyləmək mümkün deyildir. Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatları ilə real siyasi nəticələr arasında dərin uçurum vardır. Əsas sual budur: Ermənistan hökuməti sülh müqaviləsinin imzalanmasını həqiqətən prioritet hesab edirsə, niyə prosesin yekunlaşması üçün zəruri siyasi və hüquqi məsələlər daha sürətlə həll edilmir?
Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəalarla bağlı məsələnin aradan qaldırılmasıdır. Bu məsələ sülh müqaviləsinin uzunmüddətli və etibarlı olmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Nikol Paşinyan əvvəlcə parlament seçkilərindən sonra konstitusiya dəyişiklikləri üçün zəruri siyasi çoxluğun əldə olunması və referendum keçirilməsi perspektivindən danışırdı. Sonrakı mərhələdə isə ölkə daxilindəki siyasi qüvvələr və digər təsir mərkəzləri ilə münasibətlərin tənzimlənməsi məsələsi ön plana çıxdı.
Daha sonra Qarabağ klanı adlanan siyasi müxalifəti və kilsəni neytrallaşdırdıqdan sonra ümumxalq referendumuna gedəcəyinə işarə etsə də, bunun da riyakarllq olduğu bilindi.
İndi isə 2027- ci ildə Sülh müqaviləsinin bağlana biləcəyi, 2031- ci ilədək isə ratifikasiya edilıcəyi barədə məsuliyyətsiz bəyanatlar verir.
Əgər sülh regionun gələcəyi üçün zəruridirsə- şübhəsiz ki, bu belədir-, onun reallaşmasını illərlə uzatmaq hansı məqsədə xidmət edir? Sülhü təxirə salmaq Ermənistanın öz milli maraqlarına nə dərəcədə uyğundur?
Zəngəzur dəhlizinin və digər nəqliyyat kommunikasiyalarının açılması məsələsində də konkret nəticələrin əldə olunması vacibdir. Vaşinqtonda razılaşdırılmış çərçivəyə uyğun olaraq, Ermənistan ərazisindən keçəcək TRIPP marşrutunun həyata keçirilməsi üçün praktiki addımların atılması həm Azərbaycan, həm Ermənistan, həm də bütövlükdə region üçün əhəmiyyətlidir. Bu layihənin ləngidilməsi iqtisadi imkanların itirilməsi ilə yanaşı, qarşılıqlı etimadın möhkəmlənməsinə də mane olur.
Paşinyanın əgər niyyəti sülhdürsə, onda Ermənistanın sürətlə silahlanmasını nə ilə izah etmək olar? Məgər Ermənistanın siyasi və hərbi rəhbərliyi başa düşmür ki, yenidın müharibəyə başlamağa cəhd göstərsələr, Ermənistan ordusunun itkisi və fərari sayı əvvəkindən qat-qat çox olacaq, aldıqları hərbi texnika isə Bakıda Qənimətlər Parkının eksponatlarına çeviriləcək. Paşinyan nəyə arxalanır, kimə güvənir, konkret ünvan yoxdur. Ermənistanda anlamalıdırlar ki, sülh müqaviləsi hər kəsdən çox onların özlərinə faydalıdır.
Sərhədlərin və kommunikasiyaların açılması ölkənin ticarət əlaqələrini genişləndirəcək, nəqliyyat xərclərini azaldacaq, regional bazarlara çıxışını asanlaşdıracaqdır. Sülhün bərqərar olması xarici investorların regiona marağını artıracaq, iqtisadi inkişaf üçün daha əlverişli şərait yaradacaqdır.
Buna görə də Nikol Paşinyan siyasi manevrlərə və ziddiyyətli bəyanatlara son qoymalı, sülh müqaviləsinin imzalanmasına mane olan məsələlərin həlli ilə ciddi şəkildə məşğul olmalıdır. Sülh yalnız bəyanatlarla deyil, məsuliyyətli qərarlar və konkret addımlarla təmin edilir.
Paşinyan keçmiş səhvlərindən də nəticə çıxarmalıdır.
Gərəkdir ki, Paşinyan oyunbazlığından təcili əl çəksin, ona verilən ev tapşırığının icrası ilə məşğul olsun. Ermənistanın Baş Nazirinə dərs olmalıdır ki, bir dəfə Şuşada sərxoş olub "Köçəri" havasına oynadı, bədəli kapitulyasiya aktını imzalamaq oldu. Paşinyana dərs olmalıdır ki, bir dəfə Xankəndində cüşa gəlib "Qarabağ Ermənistandır"-, dedi və Dəmir Yumruq başına necə dəydisə, indi hər yerdə, hətta gecə yuxuda da, "Qarabağ Azərbaycandlr!" -, deyir.
Paşinyan da, onun ətrafı da, ona uzaqdan fitil uzadanlar da bilməlidirlər ki, sülhün alternativi yoxdur, əks təqdirdə münaqişə və yeni müharibə qaçılmaz olacaq. Əks təqdirdə, Ermənistan baş naziri növbəti kapitulyasiya aktı imzalamalı olacaq, üçüncü Zəfər Tağı isə İrəvanın mərkəzində ucaldıla bilər!
Musa Urud,
Millət vəkili
Xəbər lenti
Hamısına baxSosial
21 Oktyabr 23:52
Siyasət
21 Oktyabr 23:44
Siyasət
21 Oktyabr 22:42
Siyasət
21 Oktyabr 21:41
Siyasət
21 Oktyabr 21:15
Dünya
21 Oktyabr 20:57
Siyasət
21 Oktyabr 20:38
Sosial
21 Oktyabr 20:25
Dünya
21 Oktyabr 20:23
Gündəm
21 Oktyabr 19:46
YAP xəbərləri
21 Oktyabr 18:20
Gündəm
21 Oktyabr 18:09
İqtisadiyyat
21 Oktyabr 17:51
Hadisə
21 Oktyabr 17:39
Gündəm
21 Oktyabr 17:39
Siyasət
21 Oktyabr 17:38
YAP xəbərləri
21 Oktyabr 17:27
Dünya
21 Oktyabr 16:50
Sosial
21 Oktyabr 16:48
Hadisə
21 Oktyabr 16:47
İqtisadiyyat
21 Oktyabr 16:47
Sosial
21 Oktyabr 16:46
Mədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15

