3-cü iclas...
19.09.2024 [06:25]
Bakıda İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin növbəti iclası keçirilirİqlim dəyişikliyinin mənfi təsirlərinə xüsusi həssas olan inkişaf etməkdə olan ölkələrə yardım məqsədilə yaradılmış İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin 3-cü iclası sentyabrın 18-də Bakıda öz işinə başlayıb. üç gün davam edəcək iclasda fondun Dünya Bankı sistemində maliyyə qurumu statusu əldə etməsi və tam əməli fəaliyyətə başlaması ilə bağlı tarixi əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir.
Tədbiri açıq elan edən COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyin vacibliyinə və səylərin artırılmasına, eləcə də Fondun əməli fəaliyyətə başlamasının zəruriliyinə diqqət çəkib. M.Babayev bildirib ki, tərəfdaşlar olaraq biz iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməli, dəyən zərərlə bağlı müvafiq işlər görməli, İtki və Zərərə Cavab Fondunun fəaliyyətini gücləndirməliyik. COP29 ərəfəsində biz ötən illərdə keçirilmiş tədbirlərin əldə etdiyi nəticələrə əsaslanaraq irəli getməliyik. Onun sözlərinə görə, iqlim dəyişikliyinin fəsadları təbiətə vurulan ziyan və insan itkiləri ilə müşahidə olunur. Bunun bariz nümunəsindən biri də Asiya ölkələrində tüğyan edən tayfunlar, daşqınlardır. Həmin təbiət hadisələri nəticəsində qitə ölkələri ciddi itkilərə məruz qalıb. M.Babayev vurğulayib ki, iqlim dəyişikliyindən zərər çəkən ölkələrə yardım göstərmək borcumuzdur.
Qeyd edək ki, 2023-cü ildə təsis edilən İtki və Zərər Fondunun ilk iclası cari ilin mayın 1-də, ikinci iclası isə iyulun 9-da keçirilib. Fondun yaradılmasında məqsəd iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı, xüsusilə həssas olan inkişaf etməkdə olan ölkələrə yardım etməkdir. Tədbirə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, BMT və digər beynəlxalq təşkilatlar, Dünya Bankı, beynəlxalq qeyri-hökumət təşkilatları və həmfikir qruplardan ümumilikdə 200-ə yaxın nümayəndə qatılıb.
İclasda COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti zamanı rəsmi başlanılması nəzərdə tutulan İtki və zərər üzrə maliyyə mexanizmlərinə dair Yüksək Səviyyəli Dialoq ilə bağlı vacib məqamlar müzakirə edilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi fondun əməli fəaliyyətinin reallaşması istiqamətində tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda, bu, ölkəmizə olan inam və etimadın göstəricisi olmaqla yanaşı, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə məsələlərinə verdiyi önəmin və bu xüsusda, inkişaf etməkdə olan dövlətlərə, o cümlədən kiçik ada dövlətlərinə ayırdığı diqqətin nəticəsi kimi qiymətləndirilir. Bu tədbirin ölkəmizdə təşkili, həm də Azərbaycanın qlobal səviyyədə bir oyunçu olaraq geosiyasi əhəmiyyətini artırır və mövqelərini gücləndirir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

