Ermənipərəst Yunusların “vətəndaş cəmiyyəti imperiyasının” iç üzü açıldı...
06.05.2014 [08:49]
Yüz minlərlə pul, Antaliyadakı mal-mülk görəsən Leyla Yunusun kimə və hansı xidmətlərinin “bəhrəsidir”?
Xəbər verildiyi kimi, aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus axşam saat 23:00 radələrində hava limanında saxlanılıblar. Qeyd edək ki, aprelin 28-də Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Baş Prokurorluğa dəvət olunub. Ona vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı açılmış cinayət işində adının keçdiyi, izahat üçün prokurorluğa dəvət olunacağı deyilib və ölkəni tərk etməməsi barədə xəbərdarlıq olunub. L.Yunus bildirib ki, tələb olunan vaxtda Baş Prokurorluğa gəlməyə və izahat verməyə hazırdır.
Lakin L.Yunus yoldaşı A.Yunusla birlikdə, xəbərdarlığa baxmayaraq, həmin gün gecə saat 23:00 radələrində, gizli şəkildə Azərbaycanı tərk etməyə cəhd göstərib. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra onların Azərbaycandan çıxmaq cəhdlərinin qarşısı alınıb.
“QHT” cildinə girmiş antimilli cütlük...
Əslində, Leyla Yunus və əri Arif Yunusla, onların anti-Azərbaycan fəaliyyətləri ilə bağlı məlumatlar zaman-zaman gündəmə gəlib. Hələ 2012-ci ildə ölkəmizdə “Eurovision” Mahnı Müsabiqəsi keçirildiyi dövrdə bu cütlük ermənilərlə eyni “cəbhədə” yer alaraq bu müsabiqənin baş tutmaması üçün bütün güclərini ortaya qoymuşdular. Həmin dövrdə heç bir “uğur” əldə edə bilməyən L.Yunus məhz bu məğlubiyyətinin və ifşasının acığı ilə milli maraqlarımıza qarşı daha yüksək aqressivliklə düşmən kəsildi. Hətta açıq-aşkar şəkildə ermənilərlə işbirliyinə getməsi, Ermənistanın “Region” Araşdırmalar İnstitutunun direktoru Laura Baqdasaryanla şərikli layihələrə “baş vurması” onun əsl arzularının üstünə işıq salırdı. Bundan başqa, L.Yunus, hətta Azərbaycan xalqını, dövlətini və dilini təhqir etməkdən belə çəkinmirdi. “QHT” görüntüsünün altında anti-azərbaycançı güclərin maraqlarının xidmətçisinə çevrilən L.Yunus ermənipərəstliyini büruzə vermək üçün bütün vasitələrə baş vururdu.
Görünən isə odur ki, L.Yunus bu “xidmətlərinin” qarşılığında əməlli-başlı “ödülləndirilib”. Jurnalist Eynulla Fətullayevin “Virtualaz.org” saytında yayımladığı “Leyla Yunus: Antalyada ev, 155 min manat, 230 min dollar, 100 min avro” yazısında da məhz bu ödüllərdən bəhs edilir...
Qaçış biletlərinin Rusiyadan sifariş edilməsi və Parisə Dohadan keçib getmək oyunu Leyla Yunusun əsl niyyətini aşkara çıxardı
Sözügedən məqalədə bildirilir ki, “Ayna-Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsindən dərhal sonra ayağa qalxıb səsini çıxaran ilk adam L.Yunus oldu. Amma o, jurnalisti açıq müdafiə etmək və istintaqa irad tutmaq əvəzinə çox şübhəli və qəribə bir bəyanat verir: “Məni də həbs edin!” Səni xeyir ola? Səni hansı məqsəd və əsasla həbs etməli idilər? Nə Arzu Abdullayevanı, nə Zərdüşt Əlizadəni, nə də xalq diplomatiyasının digər fəal iştirakçılarını, erməni-azərbaycanlı münaqişəsi ilə bağlı sülhyaradıcı proqramlara dəxli olan digərlərini yox, niyə məhz səni?!”...
Prosesin davamı isə daha məntiqsiz hala düşdü. Belə ki, dünənə qədər “məni həbs edin” deyən L.Yunus hətta ifadə verməyə belə gəlmədi. Bu isə L.Yunusun sadəcə boş hay-küy saldığını deməyə əsas verdi.
Məqalədə əks olunduğu kimi, ər-arvad Arif və Leyla Yunuslar bank hesablarından iri məbləğdəki pullarını tələm-tələsik çıxarmağa başlayırlar. Mirqədirov aprelin 20-də həbs olunur. Yunuslar ailəsi isə bundan 4 gün sonra Praqa banklarının birindəki hesablarına iri məbləğdə pullar köçürməyə başlayır. Amma Yunuslar nəyə görəsə ölkədən “qaçmaq üçün” çox axmaq bir marşrut seçirlər. Onlar Bakıdan Qətərin paytaxtı Dohaya, oradan isə Parisə uçmaq qərarı verirlər. Sual olunur: Bakıdan Parisə birbaşa reys ola-ola, yaxud Bakıdan İstanbula, oradan isə Parisə hər gün reys ola-ola (mən onu da öyrənmişəm ki, həmin gün türk aviaşirkətlərinin İstanbul-Paris reysi olub) Yunuslar niyə məhz Dohaya, oradan Parisə uçub daha sonra da Brüsselə gəlməyə çalışıb?”...
Məlum olduğu kimi, L.Yunus özünün bu marşurutu seçməsini “mühüm bir konfransda” iştirakı ilə əlaqələndirməyə çalışıb. Amma bunun da ucuz bir yalan olduğu ortaya çıxdı. Birincisi, əgər qeyd olunduğu kimi bu konfrans Brüsseldə baş tutacaqdısa, Doha marşrutunun seçilməsi L.Yunusun özü qədər məntiqsiz idi. Avropanın mərkəzinə birbaşa reyslər ola-ola onun Qətərə “uçması” L.Yunusun boş məntiqini ortaya çıxarmaqda “köməkçi” oldu...
İkinci bir tərəfdən, görəsən, L.Yunusun iştirak edəcəyi bu “Brüssel konfransı” nə tədbir idi ki, o yazın axır-axırında ora bütün qış paltarlarını çamadanlara doldurub, pullarını Praqa banklarına köçürüb, 5 illik viza alıb gedir, titrətmə içində aeroporta tələsirdi?
E.Fətullayevin məqaləsində göstərilir ki, “L.Yunus bileti nəyə görəsə Bakı aviakassalarından almayıb. Bileti onun üçün Moskvanın “OZON travel” agentliyindən alıblar! Nəyə görə məhz Rusiya turizm agentliyindən? L.Yunus üçün bu bileti kim alıb, onun ölkədən getmək planının sxemini kim çəkib?”...
Yəqin ki, artıq şərhə ehtiyac qalmır. Yunusların məqsədinin sadəcə istintaqdan yayınmaq olması gün kimi aydındır.
Ermənilərin sevimlisi olan Yunuslar hansı “missiyanı” yerinə yetirirdilər?
O ki qaldı, L.Yunusun ermənilərlə olan işbirliyinə sözügedən məqalədə də bu barədə kifayət qədər faktlar mövcuddur. Qeyd olunur ki, L.Yunusu həmişə həm Ermənistanın özündən, həm də erməni diasporundan olan adamların əhatəsində görmək mümkündür. Laura Baqdasaryan, David Şahnazaryan (Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri), Riçard Kirakosyan (Vaşinqton), Qrant Baqratyan (keçmiş nazir, indiki deputat), Vaaqn Xaçatryan (İrəvanın sabiq meri), Arnold Stepanyan, Marina Karapetyan (erməni diasporunun nümayəndəsi), İqor Martirosyan (Ermənistan XİN), Lilit Petrosyan (Vaşinqton), Mari Titizyan (Kanada), Karine Stepanyan, Qarabağ separatçısı Samvel Babayan və digərləri L.Yunusun “sülhyaradıcı ziyafətləri”nin daimi iştirakçılarıdır.
Müəllifə görə, bu görüşlər heç də səmimi sülhyaratma “missiyası” deyildi. Səbəbi isə belə izah olunur: “Çünki polkovnik Yunus uzaq 1992-ci ildə digər hüquq müdafiəçisi Arzu Abdullayevanı erməni hüquq müdafiəçiləri ilə görüşdüyünə görə cəzalandırmışdı. Məsələn, A.Abdullayeva erməni ombudsman və ictimai xadim Anait Bayandurla görüşlərdən sonra L.Yunusun şəxsi əmri ilə iki dəfə saxlanmışdı. Sual yaranır: L.Yunusu qırğı cildini bu sürətlə atıb sülhyaradıcı libasına bürünməyə nə vadar etdi?”...
Görəsən, Fransa səfirliyi Leyla Yunusun hansı “əziyyətlərini” və məziyyətlərini dəyərləndiribmiş...
Gələk, L.Yunusun Fransa səfirliyi “pəstəhasına”... Məqalədə göstərilir ki, L.Yunusun 2 saat ərzində 5 illik vizaya “qovuşması” Fransa səfirinin özünün şəxsən bu işə qarışması ilə reallaşıb. Bu azmış kimi, L.Yunus aeroporta Fransa diplomatik nümayəndəliyinə məxsus avtomobildə gedib: “Yəni, şahidin ölkədən qaçışını faktiki olaraq səfir özü - cənab Paskal Monye təşkil edir. ABŞ-ın müvəqqəti işlər vəkili də buradadır. Və Fransa səfirinin iştirakı ilə yaşanan bütün bu qalmaqallı əhvalat birbaşa Fransa prezidenti Ollandın Azərbaycana səfəri ərəfəsində baş verir. Səfirliyin və şəxsən səfirin özünün məqsədi nədir? Onlar Fransa televiziyasının Moskvada akkreditə olmuş müxbiri Yelena Voloşinanın L.Yunusun ilk zəngindən sonra Bakıya gəlişi barədə doğrudanmı heç nə bilmirdilər? Fransa prezidentinin səfəri ərəfəsində fransız KİV-lərində bu qalmaqal kimə lazım idi, kimin maraqlarına xidmət edirdi? Məsələ də budur”.
L.Yunusun guya Brüsselə konfransa getməsi ilə bağlı absurd yalanını ifşa edən digər bir fakt isə onun qaçışına hazırlıqla bağlı görülən işlərdir. Belə ki, məlumatlara görə, hətta Parisdə onları kimin qarşılayacağı da əvvəlcədən bəlli olub. Parisdə onları mənşəcə özbək olan Nadejda Atayeva adlı biri gözləyirmiş. O, 2000-ci ildə atasına-“Uzxlebprodukt” korporasiyasının rəhbərinə korrupsiya ittihamı ilə cinayət işi qaldırılandan sonra Özbəkistandan Fransaya qaçıb. Yeri gəlmişkən, N.Atayeva Özbəkistanın özündə qiyabi olaraq 6 il həbsə məhkum edilib. Hazırda isə o, əri Sergey İqnatovla birlikdə Parisdə yaşayır. Yunusların Parisə getməli olduğu həmin gün Nadejda Atayeva sosial şəbəkələrdə onların müdafiəsi üçün səs-küylü kampaniya başladı: “O, erməni KİV-lərinə (panorama.am) istinadən başqa rezonans doğuran kampaniya da başlayıb və olduqca maraqlıdır ki, burada bizim köhnə qəhrəmanımızın - Vaşinqtondan olan “Miledi”nin də adı keçir. Yəni, çoxları izah etməyə çalışır ki, informasiyanı məhz ledi Vinsentə çatdırmaq lazımdır. Həmin ledi Vinsentə - ötən il Azərbaycandan deportasiya olunan Amerika xüsusi xidmətlərinin məxfi əməkdaşına. Maraqlı təsadüfdür, elə deyilmi?!”
Çirkli qrantların Antalyada “yuyulması” prosesi uzun müddətdir davam edirmiş...
Və gələk məsələnin digər maraqlı hissəsinə-L.Yunusun “vətəndaş cəmiyyəti” adı altında qazandığı yüz minlərə... Əslində, bu mal-mülk proseslərin baş verdiyi anda L.Yunusun “əleyhinə ifadə verən şahidlərə” çevrildi. Belə ki, Brüsselə “konfransa” getdiyini iddia edən L.Yunusun çamadanından Antaliyadakı mənzilinin mülk sənədləri də çıxdı. Bundan başqa, L.Yunusun sahib olduğu var-dövlətin miqyası da göstərir ki, özünü “zavallı hüquq-müdafiəçisi” kimi qələmə verməyə çalışan L.Yunus illərdir ki, “zəhmətinin bəhrəsini” görməkdədir. Belə olmasaydı... E.Fətullayevin də vurğuladığı kimi “Yunus nə zadəgan deyil, nə Hacı Zeynalabdin Tağıyevin nəvəsi deyil, təsəvvür edin, onun hətta azərbaycanlı oliqarxlara da qohumluğu çatmır. O zaman sual olunur: “pullar haradandır, Zin”?!”
Məqalədə göstərilir ki, L.Yunus kifayət qədər böyük pul axınlarını idarə edib. Məsələn, təkcə hansısa anlaşılmazlıqdan (belə hesab edək!) “Transparency Azərbaycan” təşkilatına başçılıq edən korrupsiya ilə, qohumbazlıqla baş mübariz Rəna Səfərəliyevanın başçılıq etdiyi (Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizova ilə birlikdə) “Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-si vasitəsilə Leyla Yunus son bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən alıb və bank hesabından çıxarıb: “Əgər xanım Yunus istəsə, biz böyük məmuniyyətlə onun demokratiya uğrunda mübarizə, NKVD-yə qarşı savaş və ermənilərlə dostluq üçün daha hansı QHT-lər vasitəsilə başgicəlləndirici məbləğdə pullar aldığını göstərən siyahını da dərc edərik”.
Vurğulanır ki, bu pulların böyük hissəsi Antaliyaya gedib. Bəs R.Səfərəliyeva hara baxırdı? Axı korrupsiya və qanunazidd əməlin törədilməsinə dair şübhələr açıq şəkildə ortadadır. Bəs necə, “Transparency”nin hamisi, “krışa”sı müqəddəsdir!
L.Yunusun bu pulları haradan aldığı da bəllidir. Belə ki, sözügedən məqalədə də vurğulanır ki, L.Yunus bu pulları Böyük Britaniya və Kanada səfirliklərindən, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı NED fondundan alırdı. Maliyyə axınları Rəna Səfərəliyevanın QHT-sinin “UniBank”dakı hesabına daxil olurdu. Pullar Fransanın “Societe Generale” bankı, Amerika bankları “Citibank” və “Wells Fargo Bank”, Avstriya bankı “Raiffeisen Bank” və alman bankı “Commerzbank”dan köçürülürdü...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

