Tarix və şəxsiyyət: Heydər Əliyev fenomeni
09.05.2014 [09:52]
Ulu öndər Heydər Əliyevin anadan olmasından 91 il ötür. Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Ümummilli lider Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, Onun Vətənimizin bu gününə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən gözlənilməz dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun rasional əsaslar üzərində, mükəmməl bir məntiqdən - Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Böyük siyasi mütəfəkkir kimi, Ümummilli liderin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılmışdır. Bu araşdırmalarda Ulu öndər Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur və bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə, dövlət rəhbərləri ilə bir sırada nəzər salmaq Onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar.
Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi səciyyələndirilir. Bəşəriyyət məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli, odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya keçid aldı. XX əsrin tarixi məhz şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu. Bu tarixi Çörçilsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və eləcə də Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Tarixi sınaqlar qarşısında öz xalqlarını məhv olmaq təhlükəsindən böyük siyasi məharət hesabına çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər XX əsrin müxtəlif dövrlərində təkcə öz ölkələrinin deyil, həm də regionun və bu regionda yaşayan xalqların tarixində dönüş yaratmağa nail olmuşlar.
Həyat və mübarizə yollarına nəzər saldığımız liderlər fəaliyyət göstərdikləri məkanın coğrafi sərhədlərini aşaraq universal düşüncə sahibləri, dünyanın yeni sosial yaşam, yeni siyasət reallıqlarını ərsəyə gətirən yaradıcı insanlar kimi tanınmışlar. Onlar üçün məkan və zaman fərqi yoxdur. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin malik olduğu ali insani keyfiyyətlər və siyasi qabiliyyətlər Ona istənilən siyasi mühitdə və istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək pilləsində qərarlaşmağı təmin edə bilərdi. Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub olması və Özündən sonra bu xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması bütövlükdə xalqımızın milli uğuru və iftixar mənbəyidir. Müasir dünya tarixində yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə ortaq məziyyətlər daşıdığı üçün və bəzi hallarda isə həmin siyasi xadimləri belə üstələyən keyfiyyətlərə malik olduğu üçün Ulu öndər Heydər Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Ulu öndər Heydər Əliyev bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə Öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir. Heydər Əliyev təkcə Gələcəyi görmür, həm də o Gələcəyi yaradır: Sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə səfərbər edir.
Ümummilli lider Heydər Əliyevlə müqayisədə Onunla, eyni zamanda, SSRİ-nin siyasi elitasının ən yüksək pilləsində qərarlaşmış siyasətçilər - Leonid Brejnev və Mixail Qorbaçov bu gün siyasət tarixində ən miskin fiqurlar kimi görünür. 18 il ərzində Sovet İttifaqına rəhbərlik etmiş Leonid Brejnevi retrospektiv baxımdan dəyərləndirməli olsaq, onu əslində, Sovet İttifaqının durğunluq dövrünə qədəm qoymasına zəmin hazırlayan siyasətçi kimi xarakterizə etmək mümkündür. Onun şəxsində bir siyasət adamı üçün həyati vacib olan siyasi qətiyyət, xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək, ictimai-siyasi çağırışlara adekvat reaksiya vermək qabiliyyətini görmək olduqca çətindir. Lakin az sonra eyni siyasi piramidanın kifayət qədər nüfuzlu və məsuliyyətli pilləsində dayanmış Ümummilli lider Heydər Əliyevin o zamankı və sonrakı həyat yoluna nəzər saldıqda tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Ulu öndər Heydər Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə də Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və yorulmaz siyasi fəaliyyəti Ona həmkarlarından tamamilə fərqlənən nadir şəxsiyyət imici qazandırmışdı.
Bütün siyasi karyerası boyunca Heydər Əliyevə qarşı qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin kökündə də məhz Onun Öz zəhməti ilə qazandığı böyük nüfuzun “təhlükəsi” dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli münasibəti bunun bariz nümunəsidir. Malik olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin parlaq zəkaya malik bir şəxsiyyətə - Heydər Əliyevə qarşı qərəzli münasibəti də məhz o “təhlükə”nin duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman tarix boyunca əsl həqiqətləri üzə çıxaran, kimin kim olduğunu tam çılpaqlığı ilə göstərən ən dürüst mizan-tərəzidir. Tarixin üzə çıxardığı ədalət və reallıq isə bundan ibarətdir: Qorbaçov öz adını tarixə böyük bir dövləti dağıdan, əli qana bulaşmış cinayətkar bir şəxs kimi, Ümummilli lider Heydər Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Ulu öndər Heydər Əliyevdən başqa vaxtilə Sovet Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin adlarını Əlahəzrət Tarix qısa müddət ərzində yaddaşlardan sildi. Onlardan heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasını təmin edərək onun müstəqilliyini əbədi və dönməz etdi. Bu siyasət, hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi ilə məhdudlaşmır - gələcəyə hədəflənmişdir; bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın daxili və xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir. Məhz bu cəhətləri Heydər Əliyev siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir və Onun Özünü isə dünya miqyaslı şəxsiyyətə çevirir.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev Yeni Azərbaycanın əsasını qoydu. Məhz Onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda Onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, Onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, Onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin məzmunda, daha geniş panoramda və daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına əsaslanan geniş spektrlı fəaliyyəti ilə bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir!
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı,
Fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

