Ermənilərə xidmət edən Yunusov-Barseqyan kolonunun üzərindəki sirr pərdəsi qalxır
13.05.2014 [09:15]
Dövlət strukturlarında işlədikləri dövrdə Azərbaycana qarşı xəyanətlərin episentrində yer alan ermənipərəst “cütlük” 90-cı illərdə açıq şəkildə xarici xüsusi xidmət orqanlarının qulluqçusuna çevrilibmiş
Məlum olduğu kimi, ermənilərlə işbirliyində günahlandırılan və istintaqı davam edən Rauf Mirqədirovun işi üzrə ifadə verməkdən yayınaraq aprelin 28-də ölkədən qaçmağa çalışan Leyla və Arif Yunusovların anti-azərbaycançı fəaliyyəti ilə bağlı KİV-lərdə mütəmadi olaraq informasiyalar yayılmaqdadır. Öz erməni etnik soy-kökünə “bağlılıqlarını” əməli fəaliyyətləri ilə sübuta yetirən, ermənilərə can-başla xidmət göstərən Yunusovların ölkədən qaçmağa cəhd etmələri də analoji fəaliyyətlərinin davamı sayıla bilər.
Qeyd edildiyi kimi, aprelin 28-də Baş Prokurorluğun xəbərdarlığına baxmayaraq ifadə vermək üçün gəlməyən, bunun əvəzinə ölkəni tərk etmək üçün 2 saat ərzində 5 illik yaşamaq hüququ tanıyan viza ilə “təmin olunan” Leyla-Arif Yunusovlar yenidən öz ətrafında siyasi şou düzəltməyə cəhd göstəriblər. Saxlanılıb Baş Prokurorluğa ifadə vermək üçün gətirilən zaman boş hay-küy salmağa çalışan, prosesi siyasi müstəviyə daşımağa cəhd edən bu cütlük əsl niyyətlərinin məhz diqqəti cəlb etmək olduğunu sonradan etiraf belə ediblər. Məsələn, mətbuata müsahibəsində bu qalmaqalı qəsdən törətməyə çalışdığını deyən L.Yunusova açıq şəkildə bildirib ki, bütün təhrikedici vasitələrdən istifadə edib. O ki qaldı L.Yunusovanın və onun həyat yoldaşının anti-azərbaycançı fəaliyyətinə...
Vurğulamaq lazımdır ki, “xalq diplomatiyası” adı altında ermənilərlə şərik layihələrdə yer alan, bunun qarşılığında isə Azərbaycan dövlətinə və xalqına qarşı bütün təhqirləri söyləyən, beynəlxalq imicimizə zərbə vurmağa çalışan, ölkəmizdəki demokratik inkişafı təhrif edilmiş formada təqdim etmək istəyən Yunusovlar ailəsi üçün Dağlıq Qarabağ münaqişəsi həm ermənilərlə şərikli qazanılan pul, həm də öz erməni soy-köklərinə xidmət göstərmək vasitəsinə çevrilib. Yunusovlar ailəsinin istər indiki fəaliyyəti, istərsə də keçmişdəki əməlləri, o cümlədən, etnik bağlılıqları onların ermənilərə “xidmət göstərdiklərini” aşkar şəkildə ortaya çıxarır.
Jurnalist Eynulla Fətullayevin “Leyla və Arif Yunusların məxfi dosyesi” araşdırması da bu fikri təsdiq edir. Belə ki, bir müddət əvvəl erməni KİV-lərinə müsahibəsində ərinin anasının erməni, özünün əsli-kökünün də dediyinə görə “alman” olmasını etiraf edən Leyla Yunusova bildirmişdi ki, guya ərinin anası sağ olanda bütün ailəlikcə onun mənşəyini gizlətməyə çalışırmışlar. Hətta demişdi ki, qızı nənəsinin erməni olduğunu deməyə qorxur... Azərbaycan xalqını dözümsüz millət kimi qələmə verməyə çalışan L.Yunusova görünür unutmuşdu ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq, bu gün ölkəmizdə ermənilər yaşayır və onlar öz əsillərini gizlətmirlər, onları hər hansı təhdid də gözləmir. Amma L.Yunusovanın ərinin qohumları olan ermənilər azərbaycanlıları öz dədə-baba yurdlarından didərgin salıblar. Vəhşi, vandal, qaniçən millət kimdir görəsən???
Arif Yunusov-Leyla Yunusova-Laura Baqdasaryan və onları bağlayan “Halqa”...
Eynulla Fətullayevin məqaləsində bildirilir ki, Arşalyus Arsenovna Barseqyanın və erməni ailəsində böyüyüb tərbiyə almış Seyfulla Əbdüləhəd oğlu Yunusovun övladı olan Arif Yunusov heç bir zaman genetik bağlı olduğu “millətini” unutmayıb. Qeyd edək ki, Ermənilərlə yaxın və möhkəm qan qohumluğuna malik olan bu adam Ermənistanla və dünya erməniləri ilə münaqişəyə cəlb olunmuş bir ölkədə ictimai fəaliyyətlə məşğul olmağa başlayır. Damarlarında təmiz erməni qanı axan bu adam Əbülfəz Elçibəyin prezidentliyi dövründə, yəni azərbaycanlıların Qarabağ savaşında erməni gülləsindən öldüyü, ermənilərin azərbaycanlıların soyqırımı ilə məşğul olduğu, bütöv şəhər və kəndləri dağıdıb viran qoyduğu bir vaxtda Azərbaycan Prezidenti Aparatında çox vacib və həlledici bir posta, analitik informasiya idarəsinin rəisi təyin edilir.
Vurğulanır ki, A.Yunusov 1988-ci ildən etibarən həm Ermənistanın o vaxtkı siyasi rəhbərliyinin təmsilçiləri, həm də yenicə formalaşan ümumerməni cəbhəsindən olan adamlarla çoxsaylı görüşlər keçirib: “A.Yunusov onlarla, adətən üçüncü ölkələrin ərazisində görüşürdü. Hətta bu işlə Azərbaycan Prezident Aparatının baş analitiki və informatoru qismində də məşğul olub”...
Məqalədə göstərilir ki, Yunusovlar hələ 1990-cı illərin əvvəlindən bəri Azərbaycanın dövlət maraqları və milli mənafeyinə zidd siyasət yeritməklə və ermənilərə dəstək verməklə məşğul olublar. 1991-ci ildə Dağlıq Qarabağın şimalında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən “Halqa” kod adlı əməliyyat nəticəsində erməni separatçılarını işğal etdikləri ərazilərdən qısa müddətdə vurub çıxarmağa və əraziləri erməni silahlı quldurlarından və gizli ekstremist təşkilatların nümayəndələrindən təmizləməyə nail olunmuşdu. Bu əməliyyat həyata keçiriləndən dərhal sonra Azərbaycan müxalifətinin liberal-demokrat qanadı, o cümlədən Leyla Yunusova, Arif Yunusov, Hikmət Hacızadə Azərbaycana qarşı misli görünməmiş bir təbliğat-təşviqat kampaniyasına başladı. Qeyd olunur ki, Çaykənd xüsusi əməliyyatının demək olar ki, elə səhərisi gün Arif Yunusov erməni xüsusi xidmət orqanlarının məxfi əməkdaşı Laura Baqdasaryana (bu qadın “Hayastani Anrapetutyun” qəzetinin beynəlxalq icmalçısı adı altında maskalanıb fəaliyyət göstərirdi) “Azərbaycan və sovet qoşunlarının Çaykənddəki vəhşiliklərini sübut edən informasiya” göndərmişdi.
Polkovnik Leyla Yunusovanın Müdafiə Nazirliyində işə başlaması ilə “işğal təsadüfləri” artdı...
Maraqlıdır ki, 1990-cı illərdə Azərbaycanı “vəhşilikdə” ittiham edən Barseqyan-Yunusovlar Ə.Elçibəyin hakimiyyəti dövründə “beşinci erməni kolon”unun “cəbhə” hakimiyyəti dəhlizlərindəki mövqelərini möhkəmləndirməkdə idilər. Erməni Arşalyus Barseqyanın Azərbaycan Müdafiə Nazirliyinin analitik informasiya xidmətinə rəhbərlik edən gəlini Leyla Yunusovanın bu posta təyinatından sonra “maraqlı təsadüflər” meydana gəlməyə başladı. Vurğulanır ki, həmin dövrdə hakimiyyət olimpinin zirvəsini ələ keçirmiş İsa Qəmbər məhz Arif Yunusovun qardaşı Ramiz Yunusovun xahişi ilə Leyla Yunusovaya polkovnik hərbi rütbəsi verib.
Məqalədə bildirilir ki, L.Yunusova Azərbaycan qoşunlarının Mardakertdə necə yerləşməsini televiziya vasitəsilə hərbi xəritədə göstərdikdən cəmi bir neçə saat sonra Azərbaycan hərbi birləşmələrinin mövqeləri güclü atəşə tutuldu, xeyli itki oldu. L.Yunusovanın Müdafiə Nazirliyi analitik informasiya xidmətinin rəhbəri olmasından 5 gün sonra isə Şuşa xəyanəti baş verdi.
Şuşanın döyüşsüz təslim edildiyi günlərdə militarist-polkovnik L.Yunusovanın “şəxsi döyüşçüləri” Bakının mərkəzində, MUM-la üzbəüzdəki mənzilləri bir-birinin ardınca ələ keçirməyə başlamışdılar. Bununla da icra, qanunverici, hətta hərbi-siyasi hakimiyyət qollarında strateji postları ələ keçirən korrupsioner Yunusovlar-Barseqyanlar klanının nümayəndələri üçün daha geniş hüdudlar, daha geniş fəaliyyət məkanları açılırdı.
Leyla Yunusovanın “demokratiya institutu”, yoxsa xarici kəşfiyyatın informasiya mənbəyi?
Nəhayət, 1994-cü ildə Yunusovlar ailəsinin üzvləri Prezident Aparatı, Milli Məclis və Müdafiə Nazirliyindəki işlərindən qovulduqdan sonra hərbçi Leyla Yunusova maliyyə mənbələri kifayət qədər şübhəli olan ABŞ Sülh Fondunun dəstəyi ilə özünə təşkilat yaratdı. Təşkilat “Azərbaycanın Sülh və Demokratiya İnstitutu” adlanırdı. L.Yunusova tezliklə öz xəttini də açıqladı: işğal edilmiş Qarabağın gələcək statusunun necəliyindən asılı olmayaraq Ermənistanla və erməni xalqı ilə barışıq.
E.Fətullayevin məqaləsində göstərilir ki, bu “dünyaya sülh” layihəsi yeni siyasi dividendlər və maddi qazanc vəd edirdi... Yunusovların Bakıda yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrilmişdi. Burada daha kimlər yox idi ki?! Almaniya səfirliyinin əməkdaşı Jasper Vik, amerikalılar Nikolas və Put Danilofflar, ABŞ səfirliyinin əməkdaşı Devid Kreyk, Vaşinqtondan gələn emissar Maykl Oks, ispaniyalı Luis Qarsiya...
L.Yunusovanın institutunun ofisi Rusiya və Qərb xüsusi xidmət orqanları əməkdaşlarının faktiki olaraq görüş yerinə çevrilmişdi. Xarici kəşfiyyat orqanlarının bütün rezidentləri burada müəyyən məbləğ ödəyərək Azərbaycandakı daxili siyasi vəziyyətə və Qarabağ cəbhəsində baş verənlərə dair müntəzəm informasiyalar, analitik material və arayışlar alırdılar.
N.Daniloff isə L.Yunusova ilə xüsusi münasibətlər qurmuşdu. Söhbət UPİ agentliyinin və “U.S. News & World Report” jurnalının Vaşinqton, London, Paris və Moskvadakı müxbirindən gedir. Məlum olduğu kimi, Daniloff 1986-cı il sentyabrın 2-də SSRİ KQB-si tərəfindən həbs olunaraq casusluqda ittiham olunmuşdu. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bu ştatdankənar əməkdaşı yalnız ABŞ hökumətinin məsələyə ən yüksək səviyyədə müdaxiləsindən sonra azad olunaraq Moskvadan deportasiya edilmişdi. N.Daniloff bir neçə ildən sonra Bakıda peyda oldu, Yunusov-Barseqyanlar ailəsinin rezidentlərin görüş yerinə çevrilən mənzilində...
Bildirilir ki, L.Yunusova xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa çox meyilli idi. Türk xüsusi xidmət orqanlarının əməkdaşı, Azərbaycanda diplomatik fəaliyyət adı ilə maskalanan Üfüq Suarın, rusiyalı Mariya Salyenin, həmçinin, Qarabağ separatçılarını açıq şəkildə dəstəkləyən ermənipərəst ictimai fəal Qalina Starovoytovanın əsas informasiya qaynaqları məhz Arif və Leyla Yunusovlar idi. Təsadüfi deyildi ki, L.Yunusova müxalifətçi Vəhdət Partiyasının liderlərindən biri kimi 1997-ci ilin aprelində “Rusiyanın demokratik seçimi” ümumrusiya hərəkatı ilə (ona Yeqor Qaydar başçılıq edirdi) saziş bağlayandan sonra Azərbaycandakı milli azlıqların, ilk növbədə isə, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi öhdəliyini öz üzərinə götürmüşdü.
Bütün bu illər ərzində L.Yunusovanın Debora adlı bir amerikalı qadınla da sıx əlaqələri olub. Həmin bu naməlum Debora Qarabağdakı aktiv döyüş əməliyyatlarının gedişi zamanı 14 dəfə (!) Ermənistan və Qarabağa gəlmişdi...
Arif Yunusovun Janna Krikorova ilə birgə layihələrinin əsas istiqamətləri...
E.Fətullayevin məqaləsində Arif Yunusovun Prezident Aparatından qovulduqdan sonrakı fəaliyyəti haqqında da bəhs edilir. Belə ki, erməni əsilli Yunusov 2000-ci ilin oktyabrında qondarma “Dağlıq Qarabağ Respublikası”nın Helsinki Vətəndaş Assambleyasının fəallarından biri Janna Alekseyeva-Krikorova ilə tərəfdaşlığa başlayıb. Onlar Bakıda “xalq diplomatiyası” formatı çərçivəsində keçirilən konfransda tanış olmuşdular. Bircə onu əlavə etmək lazımdır ki, Janna Krikorova Qarabağ müharibəsi zamanı hərbi qulluqçu olub, erməni “özünümüdafiə dəstələri”ndə feldşer kimi xidmət edib. Müharibə bitəndən sonra isə o, qondarma “DQR” “prezidenti”nin mətbuat xidmətinə rəhbərlik etmişdi.
Məqalədə Arif Yunusovun Qarabağa-qondarma “Dağlıq Qarabağ Respublikası” “prezident”inin sabiq mətbuat katibi Janna Krikorovaya göndərdiyi elektron məktuba istinad olunur. Bu məktub isə A.Yunusovun konkret olaraq xəyanətkar olmasının əsl sübutu sayıla bilər. A.Yunusovun digər “tərəfdaşlarına” gəldikdə isə, onların arasında Ermənistan parlamentinin keçmiş əməkdaşı Aleksandr İsgəndəryan, Ermənistan xüsusi xidmət orqanlarının sabiq rəhbəri, Yunusovlar ailəsinin əziz dostu David Şahnazaryan, Migen Xaçaturyan, “Daşnaksütyun” partiyasının Qarabağ qanadının fəalları, o cümlədən David İşxanyan və digərləri vardı. Bir sözlə, Arif Yunusov Ermənistanda və Dağlıq Qarabağda keçirilən “sülhyaradıcı” konfrans və seminarların həmişə əziz qonağı və iştirakçısı olub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

